!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya üçün sanksiya MƏNGƏNƏSİ: "Region olaraq çox pis durumdayıq" - İqtisadçı

!Reklam – Yazi

“Qərb, demək olar ki, Rusiyanı tam təcridetmə, özünəqapanma siyasətini həyata keçirmək istəyir”.

Bu fikirləri Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğal siyasətinə qarşı bu ölkəyə tətbiq edilən sanksiyaların effektivliyi barədə danışarkən iqtsadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nazim Bəydəmirli qeyd edib ki, tətbiq edilən sanksiyalar kompleks xarakter daşıyır:

“Bu sanksiyalar 2014-cü ildən bəri tətbiq edilən sanksiyalara bənzəmir, bunlar daha təhlükəli sanksiyalardır. Bank-maliyyə sektorunun SWIFT sistemindən kənarlaşdırılması, eyni zamanda, həm Mərkəzi Bankın, həm ayrı-ayrı şirkətlərin, həm də oliqarxların müxtəlif vəsaitlərinin dondurulması kompleks addımlardır.

Qərb, demək olar ki, Rusiyanı tam təcridetmə, özünəqapanma siyasətini həyata keçirmək istəyir. Təbii ki, buna nail də olacaq. Şübhəsiz ki, Rusiya ilə əlaqələrini davam etdirəcək beş-altı ölkə də tapılacaq. Ancaq onlar Rusiya iqtisadiyyatının əsas karbohidrogen ehtiyatlarının alıcıları kimi yetərli olacaqlarmı?! Bu, Rusiyanın daxilində müflisləşməyə yol açacaq, həmçinin xarici partnyorlarla da qeyri-leqal köçürmələr həyata keçirəcək. Necə ki İranla bunu illər boyu müşahidə etmişik. Belə olan halda, sahibkarların xərcləri artır və onlar çətinlik çəkirlər.

Tətbiq edilən sanksiyaların müharibəni durduracaq səviyyədədirmi, deyilmi, bu başqa mövzudur. Görünən odur ki, Rusiya rəhbərliyi qarşısına başqa məqsədlər qoyub, dünyanı şantaj edir.

Region olaraq çox pis durumdayıq, biz də həmin problemlərin içindəyik. Təəssüf ki, Rusiya tipli ölkələrdə kollegial qərarlar qəbul olunmur. Bir şəxsdən asılı olan ölkələrdə, adətən, proqnoz edilməyən addımlar atıla bilir”.

Aqil Bəkir

www.yenicag.az

1196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv