!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna gərginliyində Türkiyə faktoru: "Ərdoğan Putin və Zelenskini İstanbulda görüşdürmək istəyir"

!Reklam – Yazi

Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu geridə qalıb. Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-də Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-də Belarusun Brest vilayətində keçirilib. Bu görüşlərdə tərəflər arasında konkret razılaşma əldə edilməyib. Üçüncü görüşdə isə Kreml Kiyevdən Krımın ilhaqını və təktərəfli müstəqilliyini elan edən Donbas və Donetskin müstəqilliyinin tanınmasını istəyib. Bundan başqa, Rusiya tərəfi Ukraynanın silahsızlaşdırılıb neytral ölkə olmasını da tələb edib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Ukrayna tərəfinin Rusiyanın şərtlərini qəbul etməsi gözlənilən deyil:

“Ukrayna və Rusiya artıq bir-birinə inanmır. Ukraynanın Qərbin vədlərinə görə Rusiya ilə danışıqlardan bir neçə dəfə imtina etməsi bunu deməyə əsas verir ki, vasitəçilər olmadığı təqdirdə tərəflərin humanitar məsələlər xaric müəyyən bir razılığa gəlməsi real deyil. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında, əsasən, iki ölkə – Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makron həm Moskvaya, həm də Kiyevə səfərlər təşkil edərək mümkün müharibənin qarşısını almağa çalışırdı. Lakin nə Fransanın, nə də Almaniyanın bu səyləri nəticə verdi. İndiki məqamda Rusiya və Ukrayna arasında real sülhün əldə edilməsi və ya bu istiqamətdə addımların atılmasını təmin edə biləcək iki ölkə var. Bu ölkələr Türkiyə və Azərbaycandır”.

Turan Rzayev hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin həllinə Türkiyə nail ola bilər:

“Türkiyənin ilk gündən sərgilədiyi balanslı siyasətin həm Ukrayna, həm də Rusiya üçün məqbul olduğu görünür. Çünki Ukraynaya hərbi müdaxiləyə görə əksər dünya lideri Putindən üz döndərib. Ona görə də Kreml rəhbərinin hazırda Ərdoğandan başqa bir alternativi yoxdur. Qeyd edim ki, Sergey Lavrov və Dmitri Kuleba Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda bir araya gələcək. Bu, gələcək baxımdan mühüm hadisə olacaq. Bunun üçün Türkiyə tərəfi də çalışır. Mövlud Çavuşoğlunun günlərdir telefon diplomatiyası həyata keçirməsi də buna dəlalət edir. Türkiyə Prezidenti Ərdoğan İstanbulda Rusiya və Ukrayna prezidentlərini də görüşdürmək istəyir. Mümkündür ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gəlsinlər”.

Gülşən Şərif

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv