!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi: ABŞ savaşdan qalib ayrılan yeganə güc olacaq?

!Reklam – Yazi

“Rusiya Amerikaya Avropanı qanadı altında toplaması üçün imkan yaratdı”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişatına ABŞ-nin mümkün təsirləri haqqında danışan politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

“Ukrayna haqlı olaraq ərazi bütövlüyünün qorunmasına çalışıb. Qərbin maliyyə və hərbi yardımı ilə Ukraynanın istəkləri artıb. Ancaq, görünür, Qərb bu məsələdə ehtiyatlı davranır.

Müharibədən öncə plan Rusiyanın Ukraynaya hücumu və Amerikanın Avropada NATO-nu gücləndirməsi idi. Hesablanmış plan uğurlu oldu. Rusiya bu məsələdə Amerikanın “əlinə oynadı”. Bir növ Rusiya Amerikaya Avropanı qanadı altına toplaması üçün imkan verdi.

Baş verən proseslərin Rusiyanın NATO-ya təqdim etdiyi təhlükəsizlik müqaviləsinin hansısa formada razılaşmasına gətirib çıxaracağını hesab edirəm. Belə demək mümkündürsə, “soyuq müharibə” yeni bir formada ortaya çıxır. Amerika Qərb cəbhəsini yenidən çətiri altına toplayır. Rusiyanın Ukraynaya hücumu ilə Amerika Avropada güclənməklə yanaşı, həm də yenidən geosiyasi gücə çevrildi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv