!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna MÜHARİBƏSİ: "Avropada uzun müddət qeyri-müəyyənlik yaşayacağıq" - Fransalı siyasətçi / ÖZƏL

!Reklam – Yazi

“Ukraynanın Avropa İttifaqına qoşulması prosesinin sürətləndirilməsini Rusiya gələcəkdə NATO ilə müharibə elanı kimi qiymətləndirir”.

Bu fikirləri Rusiyayının Ukraynaya hərbi təcavüzünün Avropa ölkələri üçün mümkün təsirlərini dəyərləndirərn fransalı siyasətçi Naim Asas Yenicag.az-a açıqlamasında səsləndirib.

Naim Asas qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkəyə təsirsiz ötüşməsə də, onu tamamilə çökdürməyəcək:

“Müharibənin nəticəsi nə olursa olsun, Rusiya yıxılmayacaq. Bilin ki, Ukrayna münaqişəsi zamanı BMT Təhlükəsizlik Şurasında Çin və Hindistan Rusiyanın əleyhinə səs verməyib. Bu üç ölkə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri dünya əhalisinin 42 faizini təşkil edir. Yeni ittifaqlar yaranacaq və Rusiya sanksiyalardan az zərərlə çıxacaq. Digər tərəfdən, Avropada uzunmüddətli münaqişə riski də var. Bu da avropalıları zəiflədir.

Bilməlisiniz ki, Rusiyanın böyük resursu var. İndi o, Avropaya enerji verir, sabah isə başqa ölkələrə satacaq. Avropa Rusiyasız yaşaya bilməz. Rusiya iqtisadiyyatı çökməyəcək, Avropa Rusiya ilə danışıqlar aparacaq.

Rusiyada müəyyən problemlər olacaq. Ancaq bu problemlər fəlakət səviyyəsində olmayacaq”.

Ukraynanın Avropa Birliyinə və NATO-ya üzvlüyü ilə bağlı danışan siyasətçi bunları qeyd edib:

“Ukraynanın Avropa İttifaqına qoşulması prosesinin sürətləndirilməsini Rusiya gələcəkdə NATO ilə müharibə elanı kimi qiymətləndirir, çünki üzv olacağı təqdirdə, Ukrayna NATO qüvvələri ilə Krımı geri alacaq.

İkincisi, Ukraynanın rus sakinlərinə qarşı ayrı-seçkilik edildi və bu, Putin üçün bu ölkəni işğal etmək üçün bəhanə oldu.

Müharibənin nəticəsinin nə olmasından asılı olmayaraq, biz Avropada uzun müddət qeyri-müəyyənlik yaşayacağıq”.

Aqil Bəkir

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv