!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi: Bundan sonra hansı proseslər gözlənilir? – PROQNOZ

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsini onilliklər boyu davam edən soyuq müharibə əvəzləyəcək”.

Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert Boris Rojin Rusiyanın Ukraynada apardığı müharibənin başa çatmasından sonrakı yaxın onilliyi proqnozlaşdırdığı müsahibəsində deyib.

O, bildirib ki, yaxın perspektivdə sülh müşahidə olunmayacaq:

“Rusiya cəmiyyəti özünü gələcəyin qaranlıq reallıqlarına uyğunlaşdırmalıdır. Qarşıdurma Rusiya Federasiyası ilə Qərb arasında yeni “soyuq müharibə” şəklində davam edəcək. Ukrayna münaqişəsi yalnız indiki dövr üçün yox, gələcək nəsillər üçün də qlobal qarşıdurmanın yalnız bir hissəsidir.

Müharibə başa çatsa belə, Qərbin Rusiyaya qarşı “soyuq müharibəsi” dayanmayacaq. O, bəzi Ukrayna ərazilərinə və dünyanın digər regionlarına – MDB-yə, Afrikaya, Yaxın Şərqə müdaxilə etməyə çalışacaq.

Hazırda davam edən proseslərin miqyasından hamı ətraflı xəbərdar deyil. Rusiyada cəmiyyət gələcək reallıqları dərk edə bilmək üçün özünü hazırlamalıdır. Çünki vəziyyətin bir növ sakitləşəcəyi və Ukrayna ilə münasibətlərin müharibədən öncəki vəziyyətə qayıdacağı ilə bağlı gözləntilər yalnız və yalnız illüziyadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv