!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna MÜHARİBƏSİ: “Daha sarsıdıcı və böyükmiqyaslı əməliyyatlar həyata keçiriləcək”

!Reklam – Yazi

“Rusiya Ukraynadakı maraqlarını tam təmin etmək üçün yeni və daha sarsıdıcı böyükmiqyaslı hərbi əməliyyatlar həyata keçirə bilər”.

Bunu Ukrayna Ombudsmanı Dmitri Lubinetsin “Rusiya prezidenti Ukraynada müharibədən çıxış yolu axtarmır, daha böyük bir müharibəyə hazırlaşır” sözlərinin reallıq payını şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya bu gün Ukrayna bataqlığında çabalamaqla məşğuldur:

“İndidən sonra Rusiyanın danışıqlara razı olması Ukrayna cəbhəsində özünün məğlubiyyətini etiraf etməsi deməkdir. Rusiya Ukraynada planladığı istəklərinə hələ də nail ola bilməyib. Bu səbəbdən Rusiya Ukraynadakı maraqlarını tam təmin etmək üçün yeni və daha sarsıdıcı böyükmiqyaslı hərbi əməliyyatlar həyata keçirə bilər.
Əlavə olaraq hazırda Ukrayna da hansısa formada Rusiya ilə danışıqlara razı deyil. Və Rusiyanın danışıqlarla bağlı mesajlarına kəskin cavablar verir. Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər Rusiya ilə danışıqlar aparmayacağını söyləməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Bu amillər nəzərə alındıqda Rusiyanın Ukrayna cəbhəsində daha sarsıdıcı əməliyyatlara başlayacağı ehtimalı kifayət qədər yüksəkdir. O baxımdan Dmitri Lubinetsin Rusiyanın Ukraynaya sarsıdıcı hücuma hazırlaşması ilə bağlı mesajlarına kifayət qədər ciddi yanaşmaq lazımdır. Çünki Rusiya bu müharibədən nə qədər zərər görsə də, hədəflərinə nail olanadək Ukrayna ərazilərində böyük dağıntılar törətməyə davam edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv