!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi DÜNYA MEDİASINDA: "Jurnalistikanın tələb etdiyi doğru, dürüst, obyektiv işıqlandırma..." - Professor

!Reklam – Yazi

“Rusiyaya yaxın və onunla müttəfiq olan ölkələrdə normalardan yayınmalar müşahidə edilir”.

Bu fikirləri dünya mətbuatının Rusiya-Ukrayna müharibəsinə yanaşmasını şərh edən professor Qulu Məhərrəmli Yenicag.az-a açıqlamasında səsləndirib.

Professor qeyd edib ki, müharibəyə tərəflərlə bağlı iki fərqli yanaşma var:

“Dünya mətbuatında Rusiya-Ukrayna müharibəsi, təbii ki, fərqli şəkildə işıqlandırılır. Amma böyük əksəriyyət ictimaiyyəti dəqiq məlumatlandırır. Hadisə yerində olmağa, müharibə situasiyalarını göstərməyə çalışırlar. Yanaşma da bundan ibarətdir ki, Rusiya müstəqil Ukraynaya hücum edib, onu öz iradəsinə tabe etdirmək, müstəqilliyini əlindən almaq istəyir. Bu cür fikirlər keçir. Təbii ki, bunun real əsasları beynəlxalq təşkilatların, Avropa dövlətlərinin Rusiyanın Ukraynaya hücumunu pisləməsidir. Yəni burada ikinci yanaşma yoxdur. İkinci yanaşma Rusiya ilə müttəfiq olan, bu və ya digər şəkildə münasibəti olan ölkələrdədir ki, həmin ölkələrin mediası prosesləri çox tənqidi şəkildə işıqlandırmır. Məsələn, Çin mediası Putinə hətta bəraət qazandırır. Hər şeyi münasibətlər həll edir.

Rusiyada da mətbuat böhran vəziyyətindədir. “Exo Moskvı” radiosu, “Dojd” telekanalı bağlanıb, sosial şəbəkələrdə aktiv bloqerlərin fəaliyyəti dayandırılıb. Bunlar müharibə şəraiti ilə əlaqələndirilir. Rusiya Dövlət Duması xüsusi qanun qəbul edib. Həmin qanuna görə, yalan, dövləti sarsıdan məlumatların yayanlarla bağlı cərimələr və 15 ilədək həbs cəzası müəyyənləşdirilib. Ölkə daxilində mətbuat üzərində ciddi nəzarət var və senzura tətbiq olunur. Mövcud mənzərə bundan ibarətdir.

Təbii ki, Avropa mətbuatında jurnalistikanın tələb etdiyi doğru, dürüst, obyektiv işıqlandırma materialları daha çoxdur. Rusiyaya yaxın və onunla müttəfiq olan ölkələrdə isə normalardan yayınmalar müşahidə edilir”.

Aqil Bəkir

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv