!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna MÜHARİBƏSİ: "Kreml bu avantüradan heç nə qazanmayacaq" - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna ordusu və Qərbin müəyyən müdaxilələri ilə Rusiya ordusunun Ukraynanın daxilinə doğru hərəkəti dayandırılacaq”.

Bu sözləri Rusiyanın Ukraynaya hücuma keçməsi və Qərbin yalnız bəyanatlar verməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ukrayna Rusiyaya lazımı müqavimət göstərir:

“Təmas nöqtələrində Rusiya quru qoşunları ilə hərbi əməliyyatlar edə bilmir. Hələki hərbi hava qüvvələri və raketlərlə hava limanlarını, şəhərdəki əsas infrastrukturları, hərbi bazaları sıradan çıxarmağa çalışırlar. İndiyənə qədər Rusiyanın 5 qırıcısı və 1 helikopteri vurulub. Ukrayna lazımi müqavimət göstərir və bu müqavimət daha da şiddətlənəcək. Hesab edirəm ki, Rusiya nəzərdə tutduqlarına nail ola bilməyəcək. Rusiyanın özünə də ağır zərbələr endirilə bilər. Bu istər iqtisadi, istərsə də siyasi ola bilər. Rusiya bu avantüradan heç bir şey qazanmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv