!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna MÜHARİBƏSİ: "Kreml qələbə qazansa belə..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Ukraynada qələbə qazansa belə, heç kəs onu tanımayacaq”.

Bunu Rusiya-Ukrayna müharibəsinin siyasi mənzərəsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya hətta hərbi sahədə qələbə qazansa belə, strateji baxımdan məğlubiyyətə düçar olacaq:

“Rusiya bütün dünyadan təcrid olunacaq. Ona qarşı qadağalar qoyulub. Hər hansısa bir hərbi qələbəni dünya tanımalıdır. Azərbaycan Ermənistan üzərində qələbə qazandı. Rusiya üçtərəfli bəyanatda bunu tanıdı. Bundan əlavə, Türkiyə, ABŞ, Fransa, İngiltərə tanımalı oldu. Rusiya Ukraynada qələbə qazansa belə heç kəs onu tanımayacaq. İşğal etdikləri ərazilərdə rusiyapərəstlərdən ibarət müqəvva hökumət belə qursalar, heç kəs onu tanımayacaq. Strateji baxımdan Rusiya uduzur. Artıq Avstraliya, ABŞ şəxsən Putin və Lavrova qarşı sanksiyalar qoyub. Bunun mənası o deməkdir ki, Putini Rusiya Federasiyasının prezidenti kimi, Lavrovu isə Rusiya Federasiyasının xarici işlər naziri kimi tanımırlar. Onlarla görüşməyəcəklər, danışmayacaqlar.

10 gün bundan əvvəl mənə sual verəndə ki, müharibə ola bilər? Dedim, yox. Demişdim, o halda müharibə ola bilər ki, Putinin dəli olması ilə razılaşaq. İndi məlum olur ki, Putin dəlidir, düşünə bilmir. Siyasətdə belə hallarla rastlaşmışıq. O anlamırdı ki, Ukrayna xalqı müqavimət göstərəcək. Putinin ətrafındakı komandası müqəvva kimidir”.

Səxavət Məmməd

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv