!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi nə qədər davam edə BİLƏR? - "Bu, insan fəlakətinə səbəb olsa da..." - POLİTOLOQ

!Reklam – Yazi

“Müharibənin insan fəlakətinə səbəb olacağı proqnozlaşdırılır. Lakin buna baxmayaraq müharibə hələ davam edəcək”.

Bunu Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin insan resursu çatışmazlığı ilə qarşı-qarşıya gəlməsi fonunda münaqişənin nə qədər uzanacağı haqda fikirlərini səsləndirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya-Ukrayna müharibəsində artıq iki tərəfin də adi hallarda hərbiyə çağırılmayan şəxslərə belə ehtiyacının olduğu müşahidə olunur:

“Müşahidə olunan bu hal müharibə aparan dövlətlərin ciddi insan resursları çatışmazlığı ilə üz-üzə qaldığını deməyə əsas verir. İki dövlət arasında hərbi münaqişə ərəfəsində Rusiyanın həm insan resursları, həm də hərbi texnika baxımından üstünlüyü hiss olunurdu. Keçən dövr ərzində itkilər artdı. İndi elə bir vəziyyət yaranıb ki, müharibə aparan hər iki dövlətin insan resurslarına ehtiyacı var. Bu hal Ukraynada özünü daha qabarıq şəkildə büruzə verir.

Müharibənin ilkin dövründə muzdlular, xaricdən cəlb edilən könüllülər müəyyən qədər fərqi qapada bilirdisə, indi itkilər geniş vüsət alıb. İnsan resurslarının çatışmazlığı fonunda ortaya maraqlı sual çıxır: Müharibə nə qədər davam edə bilər?

Artıq adi hallarda hərbiyə çağırılmayan şəxslərin müharibəyə cəlb olunması prosesi başladılıbsa, gələcəkdə yaşı yüksək olanların da orduya cəlb ediləcəyini istisna etmək olmaz. Müharibənin insan fəlakətinə səbəb olacağı proqnozlaşdırılır. Lakin buna baxmayaraq müharibə hələ davam edəcək.

Müharibəni dayandırmaq üçün dünya ölkələrindən təşəbbüslər irəli sürülməlidir. Lakin biz, iki münaqişəli ölkə arasında sülh yaratmaq üçün səy göstərən tək ölkənin Türkiyə olduğunun şahidiyik. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında dialoqdan sonra əsirlər dəyişdirildi, “Taxıl dəhlizi” sazişi imzalandı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv