!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi: Putin hansı addımı atacaq?

!Reklam – Yazi

“Qoşunlar geri çəkiləndə, əraziləri qoyub çıxanda siyasilər günahkar axtarırlar. Günahkarları da Rusiya kimi ölkədə təyin etmək çox çətin olmayacaq. Rusiyada maraqlı hadisələrin olacağını müşahidə edəcəyik. Bu uğursuzluqlar Rusiyada çox başları “uçuracaq”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin gedişini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya qoşunlarının müdafiəni qura bilməməsini hərb elmi ilə izah etmək mümkün deyil:

“Rusiya-Ukrayna müharibəsinin 201-ci günündəyik. Nəticə etibarı ilə sentyabr ayının əvvəllərindən Ukrayna ordusu vəziyyəti leihinə çevirmək yönündə əks-hücum əməliyyatlarını planlaşdırdı və həyata keçirməyə başaldı. Əslində, müharibə yeni fazaya keçir. Əvvəlki mərhələdə düşünürdük ki, ukraynalılar hücum edən Rusiya bölmələrini dayandırandan sonra əks-hücuma keçə bilər. Rusiya ordusunun strateji hədəfi indiki mövqelər deyil. Rusların indiki mövqelərindən 50 kilometr irəlidə hədəfləri var idi. Dolayısı ilə Ukrayna Silahlı Qüvvələrinin hərbi beyin mərkəzi yeni əməliyyatlar fonunda sahədə göstərdi ki, Avropadan gələn hərbi dəstək və NATO-nun təlim mərkəzlərində hazırladıqları döyüşçülərin sahəyə qayıtması ilə Ukrayna ordusu müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək vəziyyətə gəldi. Təbii ki, bu, birdən-birə baş verə bilməzdi. Bu, planlı şəkildə həyata keçirilir. Bundan əlavə, ABŞ və Qərb ölkələrinin verdiyi silah-sursat sahədə özünü göstərdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin verdiyi məlumata görə, axırıncı 5 gün müddətində 3 min kvadrat kilometrə qədər ərazi nəzarətə götürülüb. Əslində, o qədər ərazinin qısa zamanda nəzarətə götürülməsi Rusiya ordusunun fiaskosundan xəbər verir.

Sentyabrın 1-ə qədər davamlı olaraq Rusiyanın hücumunu görürdük. Hücum edən bölmələrin qarşısını dayandırıb əks-hücum keçirə bilirsə və buna qarşı tərəf heç bir güc qoya bilmirsə, bu o deməkdir ki, Rusiya ordusunun cəbhədə taktiki səviyyədə, operativ dərinlikdə müdafiəsi yarılıb. Bu onu göstərir ki, Rusiyanın birinci, ikinci eşalonunda normal sığınacaq, səngər, mühəndis istehkam sistemi yoxdur. Birinci səngərdən geriyə gedənlər üçün özünü müdafiə edə biləcək ikinci eşalonları, mövqeləri yox imiş.

Maraqlısı ondadır ki, Ukrayna ordusu döyüşə-döyüşə irəliləmir. Kolonlar saatda 20-30 kilometr sürətlə irəliləyir. Bu o deməkdir ki, Ukrayna ordusu qarşısında güc görmür. Bu güc yoxdursa, dairə komandanları, ordu komandanları, Baş Qərargah müdafiə əməliyyatlarını necə planlayıblar? Rusiya ordusu əlində olan nə varsa, sahədə qoyub qaçır. Ukrayna 21-ci əsr modelində döyüşür. Ukrayna ordusu döyüşə çox hazır vəziyyətdədir. Rusiya ordusu isə psixoloji, döyüş qabiliyyəti çökmüş vəziyyətdədir. Rusiya tərəfi bunu necə əsaslandıracaq, çox maraqlıdır.

Ukrayna Silahlı Qüvvələrinin mənəvi-psixoloji vəziyyətinin artdığını görürük. Üstəgəl, Qərbdən gələn hərbi dəstəyə tərəddüd edən ölkələr də Ukraynaya yardım etməyə dair bəyanatlar səsləndirirlər. Dolayısı ilə Avropa ölkələri gördü ki, Ukrayna ordusu özünü doğruldur.

Hazırkı vəziyyət Rusiya hərbi beyin mərkəzinin, konkret olaraq Ali Baş Komandanının qaldıracağı bir durum deyil. Putin bunun fonunda qeyri-adekvat addımlar ata bilər”.

Səxavət Məmməd

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv