!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukrayna müharibəsi Qara dənizə yayıldı - FOTO

!Reklam – Yazi

Bir müddətdir Ukrayna ordusunun hücumuna qarşı müdafiə mövqeyi tutan Rusiyadan gələn xəbər dünyanın gündəminə ilk sırada daxil olub.

Yenicag.az “CNN”-ə istinadla xəbər verir ki, toqquşmalar Rusiyanın Qara dəniz sahilindəki əsas limanı və dəniz bazasının yerləşdiyi Novorossiyskə də keçib.

Bölgədə silahlı toqquşma və partlayış səslərinin eşidildiyi ilk dəfə sosial şəbəkələrdə yayılıb. Mövzu ilə bağlı ilk açıqlama Rusiyadan gəldi. Cümə günü səhər qısa bir açıqlamada Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya patrul gəmiləri Qara dəniz liman şəhəri Novorossiysk yaxınlığındakı əraziyə yaxınlaşan iki pilotsuz uçan aparatı vuraraq məhv edib.

Rusiya hərbçiləri bildiriblər ki, Ukrayna qüvvələri iki pilotsuz qayıqdan istifadə edərək Rusiyanın böyük hərbi-dəniz bazasının yerləşdiyi Novorossiysk şəhərinə hücuma cəhd edərkən hər ikisi aşkar edilərək məhv edilib. Limana gəmilərin hərəkətinin müvəqqəti dayandırıldığı açıqlanıb.

Ukraynalıların Qara dənizdə istifadə etdiyi pilotsuz dəniz nəqliyyat vasitələri son bir neçə gündə ilk dəfə görülüb.
Ukraynanın Qara dəniz və Krım yarımadasında Rusiya donanmasına hücum etmək üçün istifadə etdiyi “gizli silah” ilk dəfə ABŞ-ın media orqanı CNN tərəfindən nümayiş etdirilib.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv