!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsi: Qərb yaxasını kənara çəkir?

!Reklam – Yazi

“Ukrayna dövləti məğlub olsa da, əhali partizan müharibəsinə keçəcək. Çünki bunun ənənələri var”.

Bunu Ukrayna-Rusiya müharibəsi, Qərbin Ukraynanı tək qoymasına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Putin müharibə qərarı verməklə ağılsız olduğunu sübut edib.

“Etiraf etmək lazımdır ki, müharibənin olmayacağını mən də proqnoz etmişdim. Açıq şəkildə demişdim ki, əgər Putin müharibə qərarı versə, demək o ağılsızdır. Səhv etdim. Putin müharibəni başladı. Putin doğurdan da ağılsızdır. Baydenə sual vermişdilər ki, Putin qatildir? Demişdi bəli, o qatildir. Mən də belə düşünürəm.

Hər şey Ukrayna ordusunun müqavimət gücündən asılıdır. Əgər Ukrayna 2-3 gün də müqavimət göstərsə, bu Rusiya üçün çox çətin olacaq. Hesab edirəm ki, Ukraynaya xeyli sayda müasir silah gələcək. Əgər Qərb Ukraynaya silah göndərməsə, demək ki, Rusiyanı tədricən məhv etmək planını seçiblər. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar sözsüz ki, ona böyük ziyan vuracaq. Bu münasibətlər davam edəcək. Rusiyanın neft-qaz ixracatını tədricən azaltmağa çalışacaqlar. Hərçənd ki, bu çətindir, ancaq mümkündür. Rusiya müasir texnologiyalardan təcrid olunacaq. Rusiyanın hakim siyasi sinfinin zəka potensialı sıfıra yaxındır. Rusiya Təhlükəsizlik Şurasının iclasında daha aydın göründü. Orada çıxış edən insanların zəkası sıfır idi. O adamlar Rusiyanı idarə edirlər. O adamların Rusiya kimi qədim, böyük dövləti idarə etməyə heç bir səlahiyyətləri çatmır.

Rusiya Ukraynanı silahsızlaşdırmaq istəyirlər. Rusiya istəyir ki, yəhudi Zelenskini çıxarıb, onun yerinə hansısa bir müqəvvanı təyin etsinlər. Düşünmürəm ki, Ukrayna xalqı bununla razılaşacaq”.

Ukraynanın meydanda tək qalmasına gəldikdə isə, politoloq bunları qeyd edib:

“Ukraynanın hakim siyasi sinfi çox ağılsız siyasət yürüdürdü. Son 20 ildə NATO-ya üzv olmaq istəyirdilər. NATO açıq deyirdi ki, onları qəbul etməyəcəklər. NATO nə Ukraynanı, nə Gürcüstanı, nə də hansısa bir ölkəni üzvlüyə qəbul etməyə hazır deyil. İndiki tərkiblə NATO-nun kifayət qədər problemi var.

Azərbaycanın xarici siyasəti bizə imkan verir ki, Rusiyadan gələn təhlükəni neytrallaşdıraq və bunu edə bilmişik. Ölkə daxilində də səmərəli dövlət quruluşu yaratmalı, rüşvətxorları, tamahkarları cilovlamalı, xalqın yaradıcılıq potensialını işə salmalıyıq ki, bizim gələcəyimiz yaxşı olsun.

Səxavət Məmməd

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv