!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsində hücumlar şiddətlənir: Krımda hərbi aerodrom vuruldu

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar güclənir.

Yenicag.az xəbər verir ki, Ukraynanın kəşfiyyat qurumu 2014-cü ildə ilhaq edilmiş Krım yarımadasındakı Rusiya hərbi aerodromunu vurduğunu açıqlayıb.

Açıqlamada silahlı qüvvələrin Cankoydakı bazaya qarşı “uğurlu” əməliyyat keçirdiyi və digər hədəflərlə yanaşı, 4 raket buraxılış qurğusu, 3 radar stansiyası və hava hücumundan müdafiə sistemlərinin də zədələndiyi bildirilib.

“Telegram” sosial media platformasında yayılan açıqlamada hücum nəticəsində vurulan və ya məhv edilən təyyarələrin sayının dəqiqləşdirildiyi bildirilib.

Ötən gün Rusiyanın Ukraynanın şimalındakı Çerniqov şəhərinə təşkil etdiyi hücumda 18 nəfər həyatını itirib, 78 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanları sosial və mülki infrastrukturun hədəfə alındığını bildiriblər. Bu hücum Rusiyanın son həftələrdə Ukraynaya qarşı ən qanlı hava hücumu olub.

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv