!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsində İT ekosistemin rolu: "Moskvanın internet resursları çöküb"

!Reklam – Yazi

“Ukraynanın “İT ordu” qrupu Rusiyanın xeyli sayda internet resurslarını çökdürüb”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna-Rusiya müharibəsi fonunda dünyanın informasiya texnologiyaları (İT) ekosisteminin prosesə yanaşmasını analiz edən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, vurğulayıb ki, dünyanın İT şəbəkəsi Ukraynaya dəstəklə bağlı birləşib:

“Dünyanın nəhəng İT şirkətləri, qlobal sosial media resursları, yerli və xarici kriptovalyuta birjaları, startap ekosistemləri, qlobal ödəniş sistemləri, qlobal yayım və oyun şirkətləri, qlobal provayderlər Ukraynaya maddi, texnoloji və infomasiya dəstəyi fonunda Rusiyanın texnoloji və informasiya blokadasına salınması üçün inanılmaz addımlar atırlar. Kriptobirjalar blokçeyn əsaslı fondlar yaradaraq Ukraynaya milyonlarla vəsait köçürüblər. Bəzi birjalar hətta hər bir Ukrayna vətəndaşı üçün bəlli məbləğ vəsait ayırıb.

Eyni zamanda, Ukrayna mobil operatorları Rusiya və Belarus nömrələrindən olan bütün zəngləri blokladıqdan sonra Ukrayna ərazisində olan rus diversantları əhalidə olan telefonları ələ keçirməklə rabitə qurmağa çalışırlar. Bununla bağlı Ukrayna hərbi rəhbərliyi telefonu əlindən alınan və itirənlərlə bağlı dərhal məlumat verilməsini xahiş edirlər. Ukrayna Müdafiə Nazirliyi və Dövlət Xüsusi Rabitə Xidməti rus ordusunun Ukraynanın mobil rabitə və İnternet şəbəkəsini sıradan çxarmağı planladığını bildirib.

Ukraynadakı hər üç mobil operator istifadəçilərə pulsuz trafik, o cümlədən rouminqlə bağlı trafik verirlər. Əhaliyə kömək, hava həyəcanı, evakuasiya, tibbi yardım, hərbiyə dəstək, diversantların zərərsizləşdirilməsinə kömək və s. məsələlərlə bağlı onlarla mobil həllər yaradılıb və aktiv işləyir. Avropa Birliyi isə rəsmi olaraq bildirib ki, öz kosmik məlumatlarını Ukrayna tərəfi ilə bölüşəcək. Ümumilikdə, Ukraynanın “İT ordu” qrupu Rusiyanın xeyli sayda internet resurslarını çökdürüb”.

Gülşən Şərif

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv