!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsində SON VƏZİYYƏT: "Böyük hücum gözlənilmir" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukraynanın böyük hücumu gözlənilmir”.

Bu fikri Rusiya-Ukrayna müharibəsi və Baxmut istiqamətində baş verən döyüşləri dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Ukraynanın hələ ki genişmiqyaslı hücum üçün imkanları yoxdur:

“Baxmut istiqaməti hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edən məntəqədir. Ukrayna ordusunun əks hücumunu kəşfiyyat xarakterli döyüş adlandırardım. Ona görə ki, neçə aylardır gözlədiyimiz əks hücumun olması üçün Ukrayna ordusuna lazım olan texnika hələ verilməyib. Yəni gündəlik tələbata uyğun silah verilsə də, ən əsası Ukrayna ordusunun havadan hücum maşınları çatışmır. Ukraynaya söz verilmişdi ki, yaxın ölkələrdən MiQ qırıcıları, həmçinin də F-16-lar veriləcək. Ancaq bunlar hələ verilməyib.

Həmin yerdə mövqe tutmuş, bərkimiş rus ordusuna qarşı uğurlu əməliyyat aparılacağını gözləmirəm. Əvvəl Donbasın ümumən 60 faizi Ukraynanın nəzarətində idi. Onun demək olar ki, 90 faizindən çoxunu rus ordusu nəzarət altına ala bildi. İndi isə Ukrayna ordusu Rusiyanın yaratdığı o sədləri çox çətinliklə keçir və Rusiyanın aldığı sürəti ala bilməyib.

Ukrayna ordusu kəşfiyyat xarakterli döyüş aparmaqla düşmənin yerini öyrənir, atəş nöqtələrini təsbit edir, ABŞ-nin ona verəcəyi, ən əsas da hava maşınlarını gözləyir. Baxmutu Priqojin və onun dəstəsi çoxlu qurban verməklə aldı. İndi isə onu yenidən geri almaqla siyasi mesaj da verirlər ki, “Vaqner” olmadan heç kimsiniz.

Ukraynanın böyük hücumu gözlənilmir. Qərbdə hazırlanmış 3 korpus da hələ ki döyüşlərə qoşulmayıb”.

Səxavət Məmməd

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv