!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsindən GÖZLƏNTİLƏR: “Savaşın bir ili tamam olduqda...” - RƏY

!Reklam – Yazi

“Rusiya ictimai rəydə itirilmiş mövqelərini yenidən bərpa etmək üçün təxribat xarakterli addımlar ata bilər”.

Bunu Rusiyanın yaxın perspektivdə müharibənin taleyini dəyişəcək hər hansı addımı barəsində öz fikirlərini bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya müharibənin birinci il dönümündə radikal və aqressiv addımlar ata bilər:

“Bu, bizim üçün şübhəli və gözlənilməz məqam deyil. Hazırda Rusiya Ukrayna cəbhəsində ciddi irəliləyişlər əldə etməyib. İstənilən halda Rusiyadakı daxili ictimai-siyasi rəy hakimiyyətin apardığı təbliğatın cəmiyyətə təsir etmədiyini növbəti dəfə nümayiş etdirir. Təbii ki, belə olan təqdirdə Rusiya ictimai rəydə itirilmiş mövqelərini yenidən bərpa etmək üçün təxribat xarakterli addımlar ata bilər. Bunu da Ukraynaya iri həcmli yeni hücumlarla göstərə bilər.

Ümumiyyətlə, Rusiyanın yaxın zamanda yenidən Ukrayna ərazisinə iri çaplı hücumlar həyata keçirəcəyi gözlənilir. Qərb kəşfiyyat mənbələri bununla bağlı mediada artıq geniş məlumatlar yayır. Hər halda hadisələrin bundan sonrakı axarı Rusiyanın Ukraynaya iri çaplı hücumları ilə müşahidə ediləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv