!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin arxada qalan bir ili: "Savaş indiki hədlərdə dayandırılmış olsa..."

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsinin başlamasının bir ili tamam oldu.

Gərginlik yaranan zaman yalnız Elxan Şıxəliyevlə Nəsimi Məmmədli müharibənin başlayacağını proqnozlaşdırmışdılar. Yenicag.az olaraq Rusiya-Ukrayna müharibəsinin 166 gününü hərbi ekspert Elxan Şıxəliyevlə təhlil etmişdik. Yalnız müharibə təkrarlanmağa və mövqe döyüşlərinə keçəndən sonra həmin yazıları dayandırmışdıq.

Müharibənin ötən bir ilini ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a dəyərləndirib.

Elxan Şıxəliyev bildirib ki, növbəti bir il ərzində belə müharibə davam edə bilər:

“Bir il öncə bu gün Rusiya müharbəyə başlayanda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı müharibəni 96 saatlıq planlaşdırmışdı. 96 saatda bitməsi planlaşdırılmış müharibənin 365-ci günündəyik. Bu o deməkdir ki, Rusiya adına Rusiya rəhbərliyinin hərbi-siyasi tapşırıqlarının heç biri həyata keçirilə bilməyib. Bu, Rusiya adına müharibənin nəticəsi olaraq dünyanın ikinci hərbi gücünün əməliyyatlar teatrında çarəsizliyidir.

Kiyevin 96 saat ərzində məğlubiyyəti gözlənildiyi halda, Ukrayna müharibənin birinci həftəsində Rusiyanın nəzarətə götürdüyü ərazilərin 50 faizini öz nəzarətinə keçirərək savaşı əməliyyatlar teatrında Luqansk, Donetsk, Zaporojest və Krım vilayətlərinin ərazilərində aparılması vəziyyətinə gətirib çıxardı. Bu, Ukrayna Silahlı Qüvvələri adına keçici uğur sayıla bilər. Əməliyyatlar teatrında Rusiya Silahlı Qüvvələri müharibəni dediyimiz vilayətlərin ərazilərindən digər tərəflərə keçməsinə nail ola bilmir.

Müharibə başlayanda “Ramştayn 1” görüşü keçirildi, sonuncu dəfə “Ramştayn 9” görüşü keçirildi. “Ramştayn” klubuna daxil olan 50 ölkədən 30-u NATO üzvüdür. Ukrayna bu ölkələrin hərbi-siyasi gücünü yanına ala bildi. “Ramştayn 1” görüşündə Ukrayna avropalı müttəfiqlərindən ən azından tank əleyhinə raket sistemləri, “Javelin”, “HIMARS” tipli raketləri xahiş edirdi ki, silahlanmasına daxil olsun. Ötən bir il ərzində Ukrayna bu səviyyəni “Leopard 2”, “Abrams”, “Challenger” tanklarının verilməsinə qədər gətirib çıxara bildi. “Ramştayn 9″ görüşündən sonra F-16 qırıcı təyyarələrinin Ukraynaya verilməsilə bağlı bir istək var.

Müharibənin gedişatında ilkin mərhələdə Ukraynaya istədiyini dərhal verməsələr də, sonrakı mərhələdə razılaşdıqlarından Ukrayna buna da nail olacaq. ABŞ Prezidentinin Kiyevə səfəri və Polşadakı çıxışlarından gördük ki, artıq Ukraynadan daha çox Ukraynanın arxasındakı güc ABŞ-nin öncülüyündə deyir ki, Rusiyanı strateji məğlubiyyətə uğradacaqlar. Adətən, hərbi-siyasi güc planlamadığı bir şeyi bəyan etməz.

Ötən bir il ərzində Rusiyanın itkiləri 150 min nəfərə yaxınlaşır. Zirehli texnikalarına, hava hücumu vasitələrinə, artilleriya vasitələrinə baxdıqda görürük ki, Rusiya texnika baxımdan 40 faiz itirilmiş görünür. Adətən, müharibələrdə hərbi güc 30 faiz itiriləndə savaş ölkələr üçün arzuolunmaz sayılır. Rusiya belə olan halda şəxsi heyətin sayına arxayındır. 150 min nəfərə yaxın itki olsa da, Rusiya iki mərhələdə mobilizasiya həyata keçirə biləcək. Növbəti 6 ay üçün 150 minlik mobilizasiya, ondan sonrakı 6 ay üçün də 150 minlik bir mobilizasiya. Rusiyanın 300 min nəfərlik ehtiyatı var. Bu da mərmi yemi olacaq. Rusiya şəxsi heyətin sayını, qarşı tərəf isə silahların keyfiyyətini artıracaq.

Ukraynanın arxasındakı güclərin üç hədəfi var. Rusiyanı müharibədə məğlub etmək, iqtisadiyyatını sıradan çıxarmaq və hakimiyyətini devirmək. Qərbin Rusiyaya dair hədəflərini görə biliriksə, Rusiyanın konkret hədəflərini görmək olmur. Rusiyada qeyri müəyyənlik var.

İndiki məqamda Rusiya müharibənin erkən dayandırılmasını istəyər. Müharibə indiki hədlərdə dayandırılmış olsa, siyasi dialoqlara keçilsə, Rusiya verdiyi itkilərə rəğmən, qazanclı çıxa bilər. Ordusu Ukrayna ərazisində qalacaq, yeni sərhədlər, bufer zona yaranacaq, Rusiya həmin bufer zonanı gələcəkdə NATO-ya qarşı istifadə edə biləcək. Qarşı tərəfin istəyi isə Ukraynanın 1997-ci ildəki sərhədlərinə çıxmaqdır.

Bütün siyasi rəhbərlərin çıxışlarından görürük ki, ən azı bir il müharibənin davam etməsinə ehtiyac var. Önümüzdəki bir ildə də müharibəni mərhələ-mərhələ müzakirə etməyi gözləməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv