!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin bölgəyə SAVAŞ EFFEKTİ: "İkinci cəbhənin açılması..." - İlham İsmayıl

!Reklam – Yazi

“Postsovet məkanında mövcud münaqişələrin yenidən alovlanması indiki dövrdə mümkün deyil”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsi fonunda postsovet ölkələrində ikinci cəbhənin açılması, münaqişə ocaqlarının alovlanması ehtimalını şərh edən keçmiş xüsusi xidmət zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Moldovada, Gürcüstanda, Qarabağda hərbi əməliyyatların başlaması inandırıcı deyil:

“Moldova və Azərbaycanda gərginliyin olması istisna edilir. Yeganə mümkün ola bilərdi ki, Gürcüstanda hansısa gərginlik yaransın. O da az inandırıcıdır. İkinci cəbhənin açılması Rusiyanı daha çox qıcıqlandıracaq və sərtliyini lap artıracaq. Qərb bir istiqamətdə yox, iki istiqamətdə hərəkət etmək məcburiyyətində qalacaq. Yenə də zərəri Gürcüstan, Ukrayna görəcək. Bir neçə cəbhə açılsa, misal üçün Türkiyə Suriyada əməliyyatlara başlasa, bu, Rusiya üçün çox çətin ola bilər. Başqa cəbhələr açılmadan belə Rusiya nüvə silahına əl atacağının siqnalını verirdi. Bundan sonra nüvə silahını işlətmək üçün Rusiyanın əlində kifayət dərəcədə bəhanə olacaq. Belə olan halda, ilk növbədə Baltikyanı ölkələri hədəf alacaq.

Putin o vəziyyətdədir ki, bilmir, sona qədər necə hərəkət edəcək. Rusiya bu vəziyyətdən uduşlu çıxmaq üçün Ukraynaya maksimum təzyiq edir. Kiyevi almaq əsas hədəflərindəndir ki, sabah Kiyevdən çıxanda şərtləri yerinə yetirilsin. Rusiyanın şərtləri belə olacaq: Ukraynada döyüş başlıqlarının yerləşdirilməməsi, Ukraynanın neytral qalması və ən əsası, sanksiyaların qaldırılması. Rusiyanın Kiyevdə oyuncaq hökumət qurmaq şansı yoxdur. Rusiyanın oyuncaq hökumətinə heç kim tabe olmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv