!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin gedişatı: "İkinci Dünya Müharibəsində olduğu kimi..." - Hərbi ekspert

!Reklam – Yazi

“Ukrayna ordusu Mariupolun blokadasını açmaqda, cənub-şərq istiqamətindəki Rusiya qüvvələri isə 9 maya qədər bir istiqaməti tam nəzarət altına alıb öz ictimaiyyətinə təqdim etməkdə israrlıdır”.

Bunu Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Rusiya ordusunun şimal cəbhəsindən geri çəkilməsi və NATO-nun Baş katibi Yens Stoltenberqin rusların yenidən qruplaşması haqqında fikirlərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya asimmetrik döyüşləri simmetrik döyüşlərlə əvəz etməyə çalışacaq:

“Rusiyanın ildırım sürətli hücumu alınmadığına və böyük şəhərlərdə rusların planları baş tutmadığına görə ruslar anladı ki, böyük şəhərləri almağın, mühasirədə saxlamağın bir mənası yoxdur. Çünki ruslar böyük şəhərləri almaq istəyərkən də çox ciddi itki verdilər, aldıqları şəhərlərdə də eyni vəziyyətlə qarışlaşdılar. Ruslar başa düşdü ki, şəxsi heyət də yorulur, ölür, texnikaları sıradan çıxır. Bundan əlavə, aldıqları şəhərlərdə əhali ruslara çox ciddi müqavimət göstərdi və ruslar hədddən artıq çox təlafat verdi. Bununla yanaşı, qoşunun həddən ziyadə böyük əraziyə səpələnməsi, dağınıq olması Rusiya tərəfini yeni plan üzərində düşünməyə vadar etdi. Bu plan ondan ibarətdir ki, Luqansk və Donbas vilayətlərini tam olaraq nəzarətə almağa çalışacaqlar. Bildiyimiz kimi, bu iki vilayətin yarıdan çoxu rəsmi Kiyevin nəzarəti altında idi. Ruslar geri çəkilib, həmin vilayətlərdə yenidən mərkəzləşib, dağınıq qüvvələri bir yerə yığıb, əlavə qüvvələr cəlb edərək həmin iki vilayəti tam nəzarət altına almağı və gücləri çatarsa, Azov və Qara dəniz sahillərində olan şəhərləri nəzarətə götürməyi planlaşdırırlar. Plan budur, bütün müşahidəçilər də bunu deyir. Görülən tədbirlər də bu istiqamətdə həyata keçirilir.

Məsələ ondadır ki, Mariupoldakı Ukrayna döyüşçüləri müqavimət göstərməkdə davam edirlər. Ukrayna Silahlı Qüvvələri Mariupolun blokadasını aradan qaldırmaq üçün müəyyən əməliyyatlar həyata keçirirlər. Ukrayna ordusu ilə Mariupolu müdafiə edən qüvvələr arasında 70 kilometrdən az məsafə qalıb. Görünən odur ki, Ukrayna ordusu Mariupolun blokadasını açmaqda, cənub-şərq istiqamətindəki Rusiya qüvvələri isə 9 maya qədər bir istiqaməti tam nəzarət altına alıb öz ictimaiyyətinə təqdim etməkdə israrlıdır.

Bu vaxta qədər asimmetrik döyüşlər gedirdi. Yəni Ukrayna ordusu gələn rus ordusu ilə qarşı-qarşıya qalmırdı. Ukrayna ordusu asimmetrik şəkildə döyüş aparır, qruplar şəklində Rusiya ordusuna zərbələr endirirdi. Görünən odur ki, Rusiya komandanlığının planları baş tutacaqsa, simmetrik döyüşlərin olması qaçınılmaz olacaq. Bunda isə İkinci Dünya Müharibəsində olduğu kimi döyüşlərin şahidi ola biləcəyik. Hər iki tərəf danışıqlara qədər uğur əldə etmək istəyir ki, masada daha güclü olsun və nəticə qazansın.

Bir çoxları deyir ki, danışıqlarda Zelenskinin uduzduğunu deyir. Putinin ilk təkliflərinə baxdıqda və indi razılaşdığı təkliflərə baxanda bunun belə olmadığını görürük.

Artıq müdafiə silahlarından başqa ABŞ, NATO və Avropa ölkələri qərarlaşıblar ki, Ukraynaya hücum silahları versinlər. Qərb postsovet ölkələrindən rus istehsalı olan tankların, BMP-lərin alınıb Ukraynaya verilməsini istəyir. Bundan əlavə, kamikadze PUA-larının Ukraynaya verilməsini də təşkil etmək istəyirlər”.

Səxavət Məmməd

www.yenicag.az

2068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv