!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin gerçək üzü: Zelenski-Putin gərginliyi siyasi oyundur? - ŞƏRH

!Reklam – Yazi

“Zelenski və Putin arasında münasibətlərin yaxşı olduğunu düşünənlər yanılır”.

Bunu ictmai rəydə yaranan “Zelenski və Putin əslində dostdur, sadəcə siyasi oyun oynayırlar” fikirlərinə münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya-Ukrayna müharibəsi Putin və Zelenski arasında deyil, böyük güclər arasında regionu sahiblənmək üzərində qurulan oyundur:

“Hazırda Ukraynada Qərblə Rusiya-Çin bloku arasında mübarizə gedir. Mübarizə isə yeni dünya düzənində kimin hegemon olacağı üzərindədir.

Kimsə Zelenski və Putin arasında münasibətlərin yaxşı olduğunu düşünürsə, yanılır. Heç də belə deyil. İsrailin keçmiş baş naziri Naftali Bennetin Zelenski və Putinlə bağlı verdiyi açıqlamanı unutmaq olmaz. Belə ki, o, “mən Putinlə görüşdüm və ondan Zelenskini öldürməyəcəyi ilə bağlı təminat aldım” demişdi. Zelenski və Putin arasında münasibətlərin nə dərəcədə gərgin olduğunu bu açıqlamadan görə bilərik.

Zelenskinin bu qədər dirənişi nəticə etibarilə Rusiyanın milyardlarla dollar ziyan görməsi, eyni zamanda dünyadan təcrid olunması ilə nəticələndi. Üstəlik Ukrayna ərazisi çox böyük dağıntılara məruz qaldı. Sadalanan bu səbəblərdən dolayı “Zelenski və Putin arasında dostluq münasibəti var, əslində, bu, onlar arasında siyasi oyundur” kimi yanaşmaların doğru olduğunu düşünmürəm.

Bu, Rusiya-Ukrayna münaqişəsində marağı olan güclərin yaydığı informasiya ola bilər. Yaxud Rusiya kəşfiyyatı tərəfindən informasiya müharibəsi üçün ortaya atılmış tezis də ola bilər. Hətta dezinformasiya kimi də qiymətləndirilə bilər. Reallıq bundan ibarətdir ki, müharibə artıq bir ildən çoxdur davam edir. Bir il ərzində münaqişə yaşayan hər iki tərəf ümumilikdə, təqribən, 350-400 minə yaxın canlı qüvvə, milyardlarla dollar dəyərində silah-sursat, hərbi texnika itiriblər. Ukrayna ərazisinə dəyən ziyan 600-700 milyard dollardan artıqdır. Və müharibə hələ də davam edir. Nə zaman bitəcəyi isə bəlli deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv