!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin mediaya təsiri: Qətlə yetirilən və yaralanan jurnalistlərin SAYI

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində qətlə yetirilən jurnalistlərin sayı məlum olub.

Bu barədə Yencag.az-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli məlumat verib.

Müşfiq Əlsəgərli qeyd edib ki, müharibənin mediaya təsirlərilə bağlı araşdırmalar davam edir:

“150-dən çox rusiyalı jurnalist təhlükəsizlik məqsədilə Rusiyadan qaçıb, ayrı-ayrı ölkələrə sığınıblar. Onlar Rusiyada qəbul edilmiş yeni qanun çərçivəsində 15 il həbs və ya yüksək məbləğdə cərimə oluna biləcəklərindən ehtiyatlanaraq ölkədən qaçıblar. Qeyd edək ki, Rusiyada müharibə dövründə informasiya mühitini tənzimləmək üçün yeni qanun qəbul edilib. Qanuna əsasən, Ukraynada Rusiya tərəfindən aparılan hərbi əməliyyatları “işğal” və ya “müharibə” adlandıran KİV qurumları bağlanılmalı, yüksək məbləğdə cərimələnməlidir. Bu ifadələri işlədən jurnalistlər, xəbər istehsalçıları cinayət məsuliyyətinə cəlb edərək 15 ilə qədər həbs edə bilərlər.

12 jurnalist qətlə yetirilib. Məlumatı Ukrayna Baş Prokurorluğu yayıb. Beynəlxalq jurnalist təşkilatları bu faktlardan 6-nı artıq təsdiqləyiblər. Həlak olan 6 nəfər haqqında bilgiləri saytlarında yerləşdiriblər. digərləri haqqında araşdırmalar davam edir. 10 jurnalist ağır bədən xəsarətləri alıb, ölümcül halda yaralanıb. 50-dən çox journalist ümumi xəsarət alıb. Ukrayna Baş Prokurorluğu və Beynəlxalq jurnalist təşkilatları qeyd edirlər ki, Rusiya tərəfi media işçilərini bilərəkdən hədəf seçirlər. 11 nəfər jurnalist Rusiya Hərbçiləri və xüsusi xidmət orqanları tərəfindən oğurlanıb, ağır işgəncəyə məruz qalıb. Onlar Rusiya nəfinə casusluq etməyə, yaxud, Ukraynanın haqsız olduğunu söyləməyə məcbur edilirlər. Fotojournalist Maks Levin olayı bu faktı təsdiqlənib. Müşahidə və araşdırmalarımız davam edir. Yeni faktları tezliklə təqdim edəcəyik”.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv