!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin ÜÇÜNCÜ GÜNÜ: Kremldən gözlənilən yeni QƏRARLAR - TƏHLİL

!Reklam – Yazi

“Həm Ukrayna nizami ordusunun, həm də sonradan silah paylanan əhalinin dirənişi Rusiyanı yeni qərarlar qəbul etməyə sövq edəcək. Rusiya adına 3 günün sonunda böyük və strateji hədəf ələ keçirilməyib. Xüsusən də Rusiyanın ən böyük strateji hədəfi Kiyev idi”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin geridə qalan üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, üçüncü günün sonuna baxdıqda Rusiya ordusunun istədiyinə çatmadığını açıq şəkildə görmək olar:

“Rusiya planlaşdırdığı kimi üçüncü gündə də istəyinə nail olmadı. Əslində 4 istiqamətdən ayrı-ayrı hücum quruplaşmaları vahid hədəfə gətirilə bilmədi. Dörd istiqamət – Belarusiya, Xarkov, Kiyev, Odessa idi. 4 ordunun hərbi hədəfləri 3 günün sonunda nəticələnmədi. Rusiya bu uğursuzluğunu dversiya qrupları vasitəsi ilə Kiyevi, yəni siyasi hakimiyyəti təslimçiliyə məruz qoymaq istəyir. Əslində bu tərs effekt verdi. Heç bir Ukrayna liderinin Ukrayna xalqını birləşdirə bilmədiyi halda, Rusiyanın hücumu xalqı birləşdirə bildi. Ukrayna siyasi və ya hərbi beyin mərkəzinin ağlı ilə xalqa da silahın paylanması xalqı orduya çevirdi. Ukraynada nizami ordunun sayını 500 minə qədər ola biləcəyini düşünürdüksə, indi əlində silah olanların sayı nə qədərdirsə, ordu o qədərdir. Rusiya düşünürdü ki, mülki hədəfləri vurmamalıdır. Mülki hədəfləri vurmadığı üçün də düşünürdü ki, xalq Rusiyanı dəstəkləyəcək. Dolayısı ilə Rusiya da bunu sahədə görmədi. Əks effekt verdi. Kiyevin, Xarkovun, Donetskin işğal planı iflasa uğradı. Gün ərazində Rusiya min şəxsi heyət itkisi verir. Rusiya hücum istiqamətlərində ona məruzə olunduğunun əksi ilə rastlaşdı. Rusiya hərbi planlarına dəyişiklik etmək məcburiyyətində qaldı. Çeçenistandan gələn alayın komandanının öldürülməsindən sonra Ramzan Kadırov belə bir bəyanat verdi ki, gözləmədikləri güclə qarşılaşıblar.

Ukraynalılar Rusiyanı şəhər, küçə döyüşlərinə məcbur edəcəklər. Rusiya ordusunun ən çətin döyüşləri küçə döyüşləri olacaq. Ona görə də, şəhər döyüşlərində Xarkovda, Kiyevdə Rusiyanın itkiləri artan templə gedəcək. Belə olan halda Rusiya elə ab-hava yaradacaq ki, Ukrayna masaya oturmaq istəyir, əslində isə özünün niyyəti bundan ibarətdir. Ukrayna buna getmir. Ukrayna gördü ki, döyüş əməliyyatları onun lehinədir.

Rusiyanın SWIFT-dən kənarlaşdırılması hərbi itkilərdən daha ağır zərbə vuracaq. Bundan əlavə, Almaniya dövləti Ukraynaya silah-sursat yardımı edəcək. Bu o deməkdir ki, Avropa Ukraynaya görünən və gizli şəkildə yardım edir. Gizli şəkildə olan hissəsini eşidib görməyəcəyik.

Rusiyanın hücum edən quru qoşunlarının döyüş hazırlığı çox aşağıdır. Əslində bu Rusiya generallarının Kremlin aldatması kimi də yozulmalıdır. Xüsusən də atılan mərmilərin, raketlərin partlamaması, lazım olan nöqtəyə düşməməsi onu göstərir ki, Rusiyanın döyüş qabiliyyətli bir ordusu yox imiş. Müharibələr 18-19 yaşlı gənclərin aparacağı bir şey deyil. Küçələrdə NATO mütəxəssislərinin hazırladığı professional döyüşçülərlə üzləşirlər.

Rusiya şəhər döyüşlərindən çəkinmək üçün məsafədən artilleriya, havadan və raketlərlə zərbələrə üstünlük verəcək”.

Hərbi ekspertin sözlərinə görə, müharibənin üçüncü günündən sonra sahədə müharibə Ukraynanın xeyrinə çevriləcək:

“Rusiya ordusunun şəxsi heyətinin, texnikasının, hava hücumu vasitələrinin itkilərinə və müdafiə olunanın itkilərinə baxanda sahədə iki bərabar səviyyəli ordunun döyüşdüyünü görürük.

Normal vəziyyətdə Rusiyanın ikinci eşalonu müharibənin 5-cü günü hücuma keçməli idisə, artıq 3-cü günü bunu sahədə görürük. Mövcud vəziyyətdə Rusiyanın cəbhəyə yeridə biləcəyi birləşmələri 300-500 km aralıdadır. Hücum edən bölmələrin hamısı itkilərə məruz qalıb. Buna görə də, döyüş meydanına ehtiyatlar gəlməlidir. Bunu isə Rusiya hərbi rəhbərliyi nəzərdə tutmamışdı. Ehtiyat qüvvələrin cəbhəyə göndərilməsi isə siyasi qərar olmalıdır.

Rusiyanın ordu komandanlıqlarında, hava hücumu komandanlığında çoxlu sayda vəzifədən uzaqlaşdırlamalar var. Rusiya bunu məxfi informasiya kimi ictimailəşdirməyəcək. Hazırda Rusiyanın siyasi hakimiyyəti kəşfiyyat və orduda generallar tərəfindən aldadılmış vəziyyətə düşüb. Buna görə də, çoxlu sayda generallar istefaya göndəriləcək”.

Səxavət Məmməd

www.yenicag.az

1103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv