!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna MÜNAQİŞƏSİ: "Bu, Hitlerin hərəkətlərinə bənzəyir" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanı dünya ictimai rəyi ilə oynamağa vadar edən beynəlxalq təşkilatların qınaqsızlığıdır”.

Bunu Ukrayna ətrafında cərəyan edən proseslər, Rusiyanın getdikcə aqressivləşməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi tarixlə bağlı məlumat vermək kəşfiyyatçılar üçün vacib ola bilər, ancaq əhali üçün bu, qeyri-etikdir:

“Təəccüb edirəm. Rusiyanın hərəkətləri ötən əsrin 30-cu illərin əvvələrindəki Hitlerin hərəkətlərinə bənzəyir. Özünün militarist davranışlarını gücləndirir, dövlətlərə təzyiq, hədələr yağdırır. İndi də, Putin təxminən ona bənzər davranış sərgiləməkdədir. Dünyanın bu barədə təcrübəsi var. Dünya Rusiyanın təhdidlərini pisləyən bəyanatlar vermək, ona qarşı mövqe sərgiləmək əvəzinə sadəcə olaraq faktların, baş verənlərin qeyd edilməsi ilə məşğuldurlar. BMT hara baxır? Bir dəfə də olsun bu məsələlərlə bağlı açıq və qınayıcı formada mövqeyini ortaya qoymayıb. ATƏT hara baxır? Beynəlxalq qurumlar dünyanı təhdid edə bilən ölkə ilə bağlı öz mövqelərini bildirmirlər.

Rusiyanın Qərbə, NATO-ya qarşı irəli sürdüyü tələblər daha da kəskinləşib, daha da aqressiv olmağa başlayıb.Rusiya yeni tələblər irəli sürür. Rusiya indi də bildirir ki, NATO qoşunları Bolqarıstandan, Rumuniyadan, Baltikyani ölkələrdən çıxarılmalıdır. Rusiya indi cilovlanmasa, sabah çox gec olacaq. Zənnimcə, Rusiya böyük risk altındadır”.

Səxavət Məmməd

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv