!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müzakirələri: Ekspertlər danışıqların nəticəsilə bağlı eyni fikirdə deyillər - Mövqe toqquşması

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş keçirilib. Müzakirələrdən sonra mətbuata açıqlama verən nümayəndələrin səsləndirdikləri fikirlər isə hər iki ölkənin də prinsipial yanaşma sərgilədiyi problemlərin tezliklə həllinə qovuşmayacağı yönündə olub.

İstanbul müzakirələrilə bağlı Yenicag.az-a açıqlama verən siyasi şərhçi Tehran Orucoğlu bildirib ki, Ukrayna və Rusiya dövlət başçılarının görüşü realdır:

“Axan qanı dayandırmağın vaxtıdır. Görünən odur ki, bu problemin həlli Qərbə elə də sərf etmir. Rusiyanı zəiflətmək planı müharibənin uzadılması ilə daha yaxşı effekt verir. Atəşkəsin bərpa edilməsi, sülhə gedən yolda ən böyük dəstək isə Azərbaycan və Türkiyə tərəfindən reallaşır. Türkiyə Prezidentinin İlham Əliyev haqqında fikirləri olduqca önəmli idi. Azərbaycan Prezidentinin Putin və Zelenski ilə çox yaxşı münasibətləri var. Təsadüfi deyil ki, Zelenski ötən gün Azərbaycan Prezidentinə son proseslər barədə məlumat verdi. Heç şübhəsiz, sülhün bərqərar edilməsində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan önəmli addımlar atırlar. Hər iki ölkəyə, yəni həm Azərbaycana, həm də Türkiyəyə regionda sabitlik lazımdır. İnanıram ki, ölkə başçılarının dəstəyi ilə Zelenski və Putin onlayn belə olsa, görüşüb ortaq məxrəcə gələcəklər. Atəşkəsin imzalanmasının vaxtı çatıb”.

Beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı isə Yenicag.az-a açıqlamasında müzakirlərdən nəticə əldə ediləcəyini gözləməyin əbəs olduğunu bildirib:

“Müharibə Türkiyəyə sərf etmirdi, lakin bu baş verdi. Türkiyə Respublikası balanslı siyasət aparır, Rusiyaya qarşı sanksiyalara qoşulmur. Antalyada xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Burada dəqiq nəticə əldə olunmasa da, müəyyən irəliləyişlər oldu. Heytlərarası görüşün İstanbulda keçirilməsi də növbəti uğurdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında müəyyən məsuliyyəti öz üzərlərnə götürə biləcəklərini də səsləndirdi. Bu çox ciddi addımdır. Lakin düşünmürəm ki, İstanbulda keçiriləcək görüşlər hansısa razılaşma ilə bitsin. Çünki Rusiyanın irəli sürdüyü şərtlər çox ağırdır və hər iki ölkənin də bu məslədə prinsipial mövqeləri var”.

Aqil Bəkir

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv