!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna QARŞIDURMASI - Kreml nüvə silahına sarılır, BMT susur - ŞƏRH

!Reklam – Yazi

“Bir o qalıb ki, Rusiya nüvə silahından istifadə etsin. BMT isə buna susur”.

Bunu Ukrayna-Rusiya müharibəsi, Qərbin sanksiyaları və budan sonra baş verə biləcəkləri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya Ukraynada genosid siyasəti həyata keçirir:

“Rusiya genosidi ən barbar formada, beynəlxalq aləmdə qadağan olunmuş silahlarla həyata keçirir. Qərb ölkələri Rusiyanı beynəlxalq Haaqa tribunalına verməlidir. Dünən raketlərdən biri uşaq baxçasına düşüb. Qadınlara, uşaqlara aman verilmədən qırılması genosidin ən ağır formasıdır.

Rusiyanı sanksiyalarla çökdürmək olmaz. Qadağan olunmuş silahlardan istifadə etdiyinə görə, Rusiyaya qarşı ciddi cinayət işi qaldırılmalıdır.

Rusiya hansı silahlardan istifadə edirsə-etsin Ukrayna xalqının ruhunu sındıra bilməyəcək. Müharibə uzana bilər. Müharibə partizan müharibəsinə çevrilə bilər. İstənilən situasiyada Rusiya quru qoşunlarının Ukraynada əməliyyat aparmalarının perspektivi yoxdur. Açıq şəkildə Rusiyanın texnoloji üstünlüyü görünür. Ballistik və qanadlı raketlərdən istifadə edir.

ABŞ prezidentini hədsiz dərəcədə passiv və təşəbbüssüz görürəm. İnsan həyatı heçə sayılır. Ancaq Bayden susur, dua edir. Rusiya bir o qalıb ki, nüvə silahından istifadə etsin. Dünya buna niyə biganə qalır? Çin də Ukraynada baş verənlərə etiraz edirsə, Bayden niyə susur?! Bu çox maraqlıdır. Rusiyanı geri addım atmağa məcbur edən hərəkətlərə yol verilmir. Ən fəal olanı Böyük Britaniyanın Baş naziri idi, o da son günlər passivləşib.

Ukraynaya silah, hətta qırıcı təyyarələr də verirlər. Ancaq bununla iş bitmir. BMT sanki hadisələr başqa dünyada baş verirmiş kimi davranır. Rusiyanın Ukraynaya hücumuna görə BMT məsuliyyət daşımır? Əgər BMT Təhlükəsizlik Şurasında qərar qəbul edə bilmirsə, bunu baş məclisə verə bilər. Rusiya kimi təcavüzkar ölkənin BMT-də nə işi var? Rusiyanı ümumiyyətlə BMT-dən uzaqlaşdırmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv