!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna SAVAŞI: Müharibədən kimlər qazanclı çıxır? - ŞƏRH

!Reklam – Yazi

“Bu müharibədə Rusiya və Ukrayna deyil, münaqişəni başladanlar qalibdir”.

Bunu Rusiya-Ukrayna münaqişəsində baş verən son proseslərin müharibənin taleyinə təsirindən danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsində qalib tərəf yoxdur, heç vaxt da olmayacaq:

“Hər iki tərəf istər insan tələfatı, istər iqtisadi, istərsə də hərbi sahədə gözlədiklərindən böyük itki və zərərlə qarşılaşdı. Bu müharibədə Rusiya və Ukrayna deyil, münaqişəni başladanlar qalibdir.

Rusiyanın üstünlüyü ələ alması Qərbin Ukraynaya dəstəyinin azalmasının nəticəsidir. Qərb müharibə başlayanda Ukraynaya artıqlaması ilə hərbi, maddi dəstək göstərdi. Ancaq son dövrlər Qərbin Ukraynaya dəstəyinin azaldığı müşahidə olunur. Belə olduğu təqdirdə Rusiya üstünlüyü ələ keçirir.

Ukrayna üçün böyük vədlər verən Qərb hər zaman olduğu kimi verdiyi sözlərin arxasında durmadı. Belə desək, kiçik miqyaslı dəstəklə Ukraynanın başını aldadır. Yəqin ki, bunun səbəbini müharibəni başladanlar daha yaxşı bilir. Lakin bildiyim tək şey Ukraynanı müharibəyə sürükləyənlərin istəklərinə çatmasıdır. Rusiyaya qarşı sanksiyalar, iş adamlarının vəsaitlərinə blok qoyulması, iqtisadi təyziqlər, bir sözlə – Qərb öz istəyinə çatdı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv