!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşında növbəti gediş: "Müharibəni sonlandırmaq üçün Türkiyə... - MÖVQE

!Reklam – Yazi

“Daha öncə də vasitəçilik edərək taxılın daşınmasına yol açması sülhü gətirə biləcək qüvvənin məhz Türkiyə olduğundan xəbər verir”.

Bunu Rusiya, Ukrayna və Türkiyə prezidentləri arasında keçirilməsi planlanan görüşün Rusiya-Ukrayna müharibəsinin gedişatına təsirindən danışan politoloq Ramiz Alıyev Yenicag.az-az açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq miqyasda böyük tələfatlara yol açan Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün ən yaxşı halda vasitəçiliyi Türkiyə edə bilər:

“İlk növbədə, müharibənin heç bir tərəfin qalibiyyəti ilə sonlanmayacağını xatırlatmaq istəyirəm. Çünki həm Rusiya, həm də Ukrayna çox böyük itkilərə məruz qaldı. Tək qalib isə tərəfləri müharibəyə təhrik edən qüvvələrdir.

Daha öncə də vasitəçilik edərək taxılın daşınmasına yol açması sülhü gətirə biləcək qüvvənin məhz Türkiyə olduğundan xəbər verir. Rusiya və Ukrayna Türkiyə vasitəçiliyi ilə danışıqlar yolunu seçsə, sonu sülhlə nəticələnə bilər.
Müharibənin bitməsilə bağlı razılıq olacağı təqdirdə hər iki tərəfin şərtlər irəli sürəcəyi də hər kəsə məlumdur. Lakin müharibənin bitməsinin hər iki tərəf üçün ideal variant olduğunu bilmək lazımdır. Ona görə də şərtlər nədən ibarət olur-olsun, müharibəni sonlandırmaq lazımdır.
Ukrayna şərtlərini hazırlayarkən böyük ehtimal Qərb ilə məsləhətləşəcək. Həmçinin Rusiya öz xalqına müharibəni niyə başlatdı, nə əldə etdi hesabatını vermək üçün Ukraynanın qarşısına müəyyən şərtlər qoyacaq. Bu səbəbdən sülh müqaviləsinin asanlıqla imzalanacağını söyləmək çətindir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv