!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşından gözləntilər: "Bu proseslər bir il müddətinə baş vermədisə..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın səfərbərlik ehtiyatı Ukraynaya nisbətən güclüdür. Mərmi yemi nə qədər olacaqsa, müharibə o qədər davam edəcək”.

Bunu Rusiyanın hücumlarını intensivləşdirməsi, Ukrayna tərəfinin yaz savaşına hazırlığını dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya kəmiyyətlə, Ukrayna isə keyfiyyətlə döyüşür:

“Hazırda Rusiya Silahlı Qüvvələri (SQ) 5 əsas istiqamətdə hücum edir. Bu o deməkdir ki, Rusiya “qış kompaniyası”nı taktiki səviyyədə uğurla leyhinə bağlamaq istəyir. Bunun qarşılığında da gözləntisi var.

Eyni zamanda taktiki səviyyədə hücum edən tərəf Rusiyadırsa, demək, hələki əməliyyatlar teatrı Rusiyanın leyhinədir.

Rusiya şəhərlərə, mülki infrosturuktura, strateji obyektlərə raket zərbələri endirirsə, tələbi də Ukrayna və müttəfiqlərindən müharibənin dayandırılması təklifi üzərinədir. İndiki halda Ukrayna qəbul etsə ki, müharibəni bu şərtlərdə dayandırmaq istəyərəm, Rusiya qazanclı çıxır. Ukraynanın demək olar ki, 20 faizi – Luqansk, Donetsk, Xerson, Zaporeje, Krım nəzarətə götürməklə müharibəni bitirmiş ola bilər. Ukrayna tərəfdən baxanda indiki halda rəsmi Kiyev bu şərtləri qəbul etməz.

Ukrayna tərəfi bu hücumları dayandırmaq üçün güc və vasitələrini, müttəfiqlərinin dəstəyini cəmləşdirir.

Ukrayna öncə hücumları dayandırmalıdır ki, vəziyyəti stabilləşdirsin, sonra da leyhinə çevirsin. İndiki mərhələdə Ukraynanın apardığı döyüşlər Rusiyanı yorma əməliyyatıdır. Mövqe döyüşləri gedir, ciddi strateji Rusiyanın qalibiyyəti yoxdur. Dolayısı ilə Ukrayna vaxtı uzadır. Uzatdığı zamanda da müttəfiqlərinin köməyi ilə öz gücü artır. Digər tərəfdən isə Rusiyanın gücü azalır. Bununla da paralel Ukraynanın müttəfiqlərindən istədiyi hərbi dəstək də gəlməyə başlayıb. Almaniya, Fransa, Britaniyanın tankları və piyada döyüş maşınları Ukraynaya çatdırılacaq. Nə qədər hərbi texniki dəstək gələcəksə, Ukrayna güclənəcək. Vaxta ehtiyac var. Fevral, mart aylarını Rusiyanın çox gərgin döyüşləri ilə müşahidə edəcəyik.

Bu hazırlıqlar, texnikaların gəlməyi sanki Ukraynanın planlaşdırdığı bir əməliyyatdır. Bu o deməkdir ki, Ukraynanın güc yığması cəbhədəki vəziyyətin stabilləşməsi dövrünə planlaşdırılıb. Çox güman fevral ayının sonuna həm Rusiyanın hücumunun dayandırılması, həm də əks-hücum əməliyyatlarının keçirilməsi hesablanıb.

Bu tərəflərin planlarıdır.

Reallıqlar adətən planları pozur. Reallıqlar ondan ibarətdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar, Ukraynaya verilən dəstəklər əməliyyatlara ciddi təsir etdiyini göstərmir”.

Hərbi ekspertin sözlərinə görə, qısa zamanda cəbhədə ciddi dəyişikliyin olacağı gözlənilmir:

“Müharibəni Ukrayna və tərəfdaşları uzun vədəyə hesablayıb ki, istilər başlasın. İstilər başlamaqla Ukraynanın iki istiqamətdə əli güclənəcək. Birincisi əhalinin soyuqdan və işıqsızlıqdan sıxıntısı azalacaq. İkinci də Ukrayna SQ-nın Xüsusi Təyinatlıları əməliyyatlarda daha çevik davranacaqlar.

Ukraynanın özündə də rəhbərlikdə dəyişikliklər planlaşdırılır. Ən azı kəşfiyyat rəisi dəyişdiriləcək. Strateji vəzifəlilərin dəyişdirlməsi adətən o zaman baş verir ki, ali baş komandan əməliyyatların uğurlu getmədiyini görür. Ukrayna rəhbərliyi əməliyyatların gedişatından razı deyil.

Rusiya bir qədər gücünü artırmağa çalışacaq. Hücumda belə bir şey var ki, hazırlanmış müdafiə hədləri keçildikdə hərəkət etmək asanlaşır, dərhal maneələr yaranmır. Baxmut istiqamətini nəzarətə götürsələr, cəbhədə aktivləşəcəklər.

Rusiyanın strateji istəyi çıxdıqları hədləri əllərində saxlamaq, Ukraynanın da strateji istəyi onları geri oturtmaqdır. Bu proseslər bir il müddətinə baş vermədisə, qısa zamanda bunu gözləmək doğru olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv