!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 111-ci GÜNÜ: Mövqe döyüşləri davam edir - TƏHLİL

!Reklam – Yazi

111 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 557 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 317 ədəd, səhra artilleriyası və minaatanlar – 589 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 259 ədəd, HHM sistemi – 119 ədəd, təyyarələr – 213 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 590 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 370 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 060 ədəd, səhra artilleriyası və minaatanlar – 1 776 ədəd, YARS – 485 ədəd, HHM sistemi – 356 ədəd, təyyarələr – 193 ədəd, helikopterlər – 140 ədəd, PUA – 1 069 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 111-ci gündə də tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“111-ci gündə də tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Müxtəlif istiqamətlərdə Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Rusiya qoşunları Xarkov istiqamətində irəliləməyə çalışdı. İzyum istiqamətində də ciddi döyüşlər davam etdi. Severodonetskdə hücum əməliyyatları davam etdi. Şəhərdə küçə döyüşləri gedir. Gün boyu şəhər raket və artilleriya zərbələri ilə vuruldu. Severodonetsk, Lisiçansk, Belaya Qora, Ustinovka, Toşkovka və digər yaşayış məntəqələrinin ərazilərində mülki infrastruktur obyektləri atəşə tutuldu. Metelkino yaxınlığında helikopterlərdən hava zərbəsi endirildi. Ruslar Xarkov istiqamətində çıxdıqları hədləri əldə saxlamağa çalışdı. Bütün istiqamətlərdə Ukrayna qoşunlarının mövqelərinə sistemli atəş zərbələri endirildi. Dementyevka, Rus Lozovaya, Mospanovo və Bazalovka yaşayış məntəqələri ərazilərində mülki infrastruktur obyektləri atəşə tutuldu. Znamya, Pobeda və Şestakovo yaşayış məntəqələri əraziləri uzaqdan minalandı. Rubejnoe yaxınlığında hücum döyüşləri davam etdi.

Ukrayna qoşunları əks-hücum keçirərək Xersona 10 kilometr yaxınlaşdı.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Qara dənizdən Ukrayna ərazisinə buraxılan üç qanadlı raketi havada vurdu. Xerson istiqamətində də bir helikopteri vurdular.

İki aydır ki Rusiya aviasiyası Ukraynanın nəzarətində olan ərazilərə uçmur. Bu, Ukrayna Hərbi Hava Qqüvvələrinin qarşı tərəfin aviasiya vasitələrinə verdirdikləri itkilərin nəticəsidir.

Əməliyyatlar teatrında rusların yüksək texnologiyalı silahlarının məhdudluğu hiss olunur. Sanksiyaların təsiri, az da olsa, hiss olunmaqdadır. Sovet vaxtından qalan raketlərin istifadəsi məcburiyyətdən irəli gəlir. Ruslar əməliyyatlarda döyüş təyyarələrindən buraxılan sovet dövrünün istehaslı olan XA-59 və XA-22 raketlərindən daha çox istifadə edir. Amma bu raketlər çox vaxt qeyri-dəqiq olur.

Bununla yanaşı, Rusiya Lvovda yerləşən silah-sursat anbarını məhv edib. Bundan əlavə, Ukraynanın bir hava limanı, Donbasdakı ABŞ-dən göndərilən silah-sursat və təchizat anbarı sıradan çıxarılıb. Qərb ölkələrindən gələcək silah-sursatın çatdırılmaması üçün dəmiryol sıradan çıxarılıb. NATO Baş katibi isə Ukraynaya ağır artilleriya və müdafiə raketləri göndərəcəyini açıqlayıb.

Ukrayna tərəfi Rusiyanı dayandırmaq və əməliyyatları uğurlu aparmaq üçün onlara 1000 ədəd PUA, 300 raket sistemi, 500 tank, 2000 zirehli transportyora ehtiyac duyduqlarını bildirib. Maraqlısı ondadır ki, İngiltərə və Almaniyanın döyüşə hazır vəziyyətdə olan tanklarının sayı 500-dən azdır. Ona görə də bu təminatın yerinə yetirilməsi real görünmür.

Ruslar uzaqdan zərbə endirən TU-160 və TU-95 strateji bombardmançı təyyarələrdən istifadə edir. Onların da raketləri hədəfdən uzaq məsafələrə zərbə endirir. Bu da onu deməyə əsas verir ki, texnologiya dəstəkli yeni raketlərin istehsalı dayanıb. Rusiyanın Qərbin sanksiyalarının təsiri və təcrübə çatışmazlığı səbəbindən avadanlıqların tədarükü ilə bağlı problemlərlə üzləşməsi davam edəcək. Rusiyada yüksək keyfiyyətli optika və qabaqcıl elektronikanın istehsalı çətin olacaq.

Uzanan müharibədə Rusiyanın günbəgün tükənən raket arsenalını nə ilə əvəzləyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv