!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 113-cü GÜNÜ: Kiyevin qüvvə çatışmazlığı ciddi hiss olunur - TƏHLİL

!Reklam – Yazi

113 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 560 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 320 ədəd, səhra artilleriyası və minaatanlar – 591 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 260 ədəd, HHM sistemi – 121 ədəd, təyyarələr – 213 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 172 ədəd, PUA – 595 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 375 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 065 ədəd, səhra artilleriyası və minaatanlar – 1 780 ədəd, YARS – 487 ədəd, HHM sistemi – 358 ədəd, təyyarələr – 193 ədəd, helikopterlər – 140 ədəd, PUA – 1 072 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 113-cü gündə döyüşlər, əsasən, Luqansk, Seveoodonetsk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Rusiya qoşunları az-az olsa da, irəliləməyə davam etdi.

113-ci gündə də tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Müxtəlif istiqamətlərdə Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Gün ərzində Rusiya qoşunları İzyum istiqamətində bir neçə istiqamətdə hücumları davam etdirdi. Bu istiqamətlər Slavyansk, Baxmut istiqamətləri oldu. Hücumları o qədər də uğurlu olmadı. Luqansk istiqamətində gərgin döyüşlər davam etdi. Lisiçansk istiqamətində də hücumları davam etdi. Lisiçansk rusların aviasiya zərbələrinə məruz qaldı. Severodonetsk istiqamətində də həmlələr davam etdi.

Severodonetskdə küçə döyüşləri davam edir. Popasnoe-Severodonetsk-Lisiçansk istiqamətindən Lisiçansk – Baxmut istiqamətində də hücum cəhdlərini davam etdirdi. Rusiya bölmələri Severodonetsk çayının sağ sahilinə keçməyə də cəhd göstərdilər. Onlar çayı keçərək hücumlarını davam etdirməyə çalışacaqlar. Texnikaları sıradan çıxarılıdı. Zaporojye istiqamətində artilleriya batareyalarının qarşılıqlı atışları ilə döyüşlər davam etdi. Xerson istiqamətində mövqe döyüşləri getdi. Artilleriya və aviasiya zərbələri davam etdi. Nikolayevə zərbələr endirildi. Qara dəniz flotiliyasından raket zərbələri endirilir. Xüsusən də “Kalibr” raketləri ilə zərbələr endirilir. İlan adasında mövqeləri möhkəmləndiriblər. Çerniqov-Sumskoe istiqamətində nisbi sakitlikdir. Xarkovda mövqe döyüşləri getdi. Ruslar irəliləməyə qərarlıdırlar və Xarkov raket zərbələri altındadır.

Ukrayna qoşunları bütün istiqamətlərdə ciddi müqavimət göstərdilər. Rusiya qoşunlarında ciddi irəliləyişə imkan vermədilər. Gün ərzində, əsasən, artilleriya və raketlərlə müharibə davam etdi. Hər iki tərəf kontaksız döyüşlərə üstünlük verdilər.

Ramştayn-3 görüşündən sonra əməliyyatlar teatrında ciddi dəyişiklik müşahidə olunmadı. Görüş yalnız hərbi yardım rəqəmlərinin açıqlanması ilə yadda qaldı. Əməliyyatlar teatrında qüvvələr nisbəti hələ də rusların lehinədir. Xüsusən də artilleriya, aviasiya və raket bölmələrinin intensiv atışları Rusiya qoşunlarını daha uğurlu edir. Sürünən hücumlar ləng getsə də, onlar az da olsa, irəliləyə bilirlər.

Ukraynalılar hələ də hərbi yardımları gözləməkdədirlər. Pentaqon Birləşmiş Qərargahlar Komitəsi rəisi general Mark Milli və ABŞ müdafiə naziri general Lloyd Ostin Ukraynalıları inandırmağa çalışdılar ki, Ukrayna ordusuna lazım olan qədər hərbi yardım ediləcək.

Bu günə qədər Ukrayna qoşunları avropalı müttəfiqlərindən 97.000 tank əleyhinə vasitə, 237 ədəd tank, 300 PDM, 1600 ədəd “STİNGER” və onun 60.000 raketini, 360 artilleriya sistemi alıb. Hələ bu yardımlar Ukraynaya veriləcək hərbi yardımların bir hissəsidir.

NATO Avropanın təhlükəsizliyini Ukraynada təmin etməyə qərarlı görsənir. Ukrayna Silahlı Qüvvələri hələ ki üzərlərinə düşən tapşırıqları qismən də olsa, yerinə yetirə bilir. Lakin onlar hələ də topyekun olaraq Rusiyanın hücumlarını dayandıra bilməyiblər. Əvvəlcə onlar bu hücumları dayandırmalıdırlar ki, sonradan əks-hücumlara keçə bilsinlər. Bu hələ baş vermir. Ruslar isə hücumlarını davam etdirməkdə qərarlı görsənirlər. Xüsusən də artilleriya və raket zərbələrinin sayının və intensivliyinin artmasını müşahidə edirik. Ruslar Ukrayna qoşunlarını məsafədən məhv edərək irəliləmə taktikasını hələ ki həyata keçirə bilirlər. Bunun qarşısında Ukraynanın qüvvə çatışmazlığı ciddi hiss olunur.

Qarşılıqlı atışlar fonunda tərəflərin şəxsi heyət itkisi hər keçən gün artmaqdadır. Hər iki tərəfin şəxsi heyət itkisi 32- 35 minin üzərindədir. Bu say hər gün artır. Müharibənin sonu isə hələ görsənmir.

Ukraynaya edilən hərbi yardımlar fonunda əməliyyatlar teatrında qüvvələr nisbətinin dəyişib-dəhyişməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv