!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 12-ci GÜNÜ: Müharibənin gedişatı hər keçən gün Ukraynanın lehinə dəyişir - TƏHLİL

!Reklam – Yazi

On iki gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 12 min nəfərdən çox, tanklar – 300 ədəd, ZTR-lər – 1000 ədəd, artilleriya sistemləri – 117 ədəd, hava hücumundan müdafiə sistemləri – 24 ədəd, təyyarələr – 46 ədəd, helikopterlər – 68 ədəd, avtomobil texnikası – 454 ədəd, PUA-lar – 6, yüngül sürətli qayıqlar – 2 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 9 min nəfərdən çox hərbçi, 3500 nəfərdən çox mülki şəxs, tanklar – 827 ədəd, ZTR-lər – 800 ədəd, artilleriya sistemləri – 304 ədəd, hava hücumundan müdafiə sistemləri – 56 ədəd, təyyarələr – 62 ədəd, helikopterlər – 16 ədəd, avtomobil texnikası – 600 ədəd, xüsusi təyinatlı hərbi texnika – 553 ədəd, PUA-lar – 6 ədəd, hərbi obyekt- 2396 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 76 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 112 ədəd.

Ukrayna-Rusiya müharibəsinin on ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin 12-ci günündə də tərəflərin müharibənin gedişatını dəyişəcək uğurları müşahidə olunmayıb:

“Gecə ərzində Kiyev istiqamətində şiddətli döyüşlər gedib. Ruslar həm qurudan, həm də havadan hücuma cəhd göstəriblər.

Ukraynanın müdafiə naziri Reznikov ölkəyə silah və sursatın tədarükü məsələsində ciddi irəliləyiş olduğunu bildirib və Rusiyaya “sürpriz” olacağını vəd edib. Xerson aerodromunda Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus 30 döyüş helekopterinin vurulması xəbəri yayıldı.

Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuku dediyinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası). O deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya işğal üçün toplanmış zərbə qruplaşmasının 95 faizini artıq Ukraynaya daxil edib. Müharibənin başladığı gündən bu günə qədər Rusiya Ukraynaya 660 raket zərbəsi endirib.

Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşü oldu. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin dediyinə görə, Ukrayna ilə danışıqlarda Rusiya tərəfinin gözləntiləri özünü doğrultmayıb.

Rusiya tərəfi “məqsədinə nail olana qədər” döyüşəcəyini bəyan edib.

Ukraynalılar da vətənlərini sona qədər müdafiə edəcəklərini deyirlər. Odur ki, qarşıdurmanın nə qədər davam edəcəyini dəqiq söyləmək çətindir. Ukrayna xalqı ruslara qarşı elə bir müqavimət göstərir ki, hətta Putin də məəttəl qalıb.

Dünya birliyinin də Putinin hesablamalarının əksinə davranması Rusiyanı “çuqçvanq” vəziyyətinə salıb. Nə irəli gedə bilirlər, nə də geri çəkilə bilirlər.

İllər ərzində dünyada rus əsgərinin xofu təlqin olunurdu. Amma Ukraynadakı hadisələr bunun tam əksini nümayiş etdirdi.

ABŞ-nin tank əleyhinə “Javelin” raket kompleksləri rusların zirehli texnikasını, İngiltərənin daşınan “Stinger” zenit-raket kompleksləri, Türkiyənin “Bayraktar” TB 2 PUA-ları, Beynəlxlq müqavmət legion və mübariz Ukrayna döyüşçüləri əməliyyatlar teatrında müharibəni gedişatını hər keçən gün Ukraynanın lehinə dəyişir.

Bir də bura rusların hərbi texnikasını “Molotov” kokteyli ilə sıradan çıxaran mülki vətəndaşları da əlavə etsək, sahədə orduya çevrilmiş Ukrayna xalqı ilə tükənməkdə və əsir düşməkdə olan rus ordusunun üz-üzə qaldığını görərik.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko 2022-ci il fevralın 24-dən Ukraynada iki minə yaxın rus əsgərinin əsir götürüldüyünü bildirib.

Nikolayevdə hərbi kazarmaya Rusiya ordusu raket zərbəsi endirib. Kazarma “Kalibr” qanadlı raketi ilə vurulub. Bu, rusların raket hücumlarını daha da artıracağına işarədir.

Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb.

Martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetski də öldürülmüşdü. Bu, müharibənin gedişində rusların itirdiyi ikinci yüksək vəzifə tutan generaldır. Bu itkilər Rusiya Baş Qərargahına ciddi mesajdır.

Rusiya SQ-nin idarəetməsi də çətinləşib. Belə ki, Ukraynanı yeni texnologiya əsaslı radioelektron vasitələri rus komandirlərin rabitə vasitələrini heçə çevirib. Bəzən idarəetmə mobil telefonlarla həyata keçirilir. Mobil operatorlar isə bu məlumatları asanlıqla Ukrayna tərəfə ötürür.

Sahədə rəqəmsal texnologiya ilə dəstəklənən Ukrayna silahları ilə analoq əsaslı rus texnikası döyüşür. Müharibələrin taleyini isə texnoloji üstünlük həll edir. Ruslar bunun fərqində olmalı idilər.

İndi Rusların ümidləri yalnız dağıdıcı gücə malik olan operativ, taktiki raketlərə qalıb. Onların da nə qədər dəqiq zərbə endirə bilməsi mübahisəlidir.

Rusiya İranı da ötərək ən çox sanskiya tətbiq olunan ölkə oldu. Artıq iqtisadi sanksiyaları Rusiya əhalisi ciddi hiss etməkdədir. Belə ki, gün ərzində Moskvada müharibəyə etiraz edən 5000 adam saxlanılıb.

2 gün içində Rusiyada qiymətlər 50 faizə qədər bahalaşıb. Səfərbərlik şöbələrindən müharibə üçün bildiriş alan vətəndaşlar hər vəhclə müharibəyə getməkdən imtina edirlər. Hətta ölkəni tərk edən əli silah tuta biləcək şəxslərin sayı kifayət qədərdir.

Rus siyasi və hərbi beyin mərkəzinin “analoqsuz” məhsulu olan Ukraynanın ildırımsürətli “nasistsizləşdirmə və hərbsizləşdirmə” planı Ukrayna şəhərlərində və meşələrində günü-gündən iflasa uğramaqda davam edir. Bunu bütün dünya görürkən Rusların görməzdən gəlməsi çox məqamlara önümüzdəki günlərdə aydınlıq gətirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv