!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 129-cu GÜNÜ: Açıq oynanılan "kartlar", yeni hücum cəhdləri... - TƏHLİL

!Reklam – Yazi

129 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 328 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 618 ədəd, səhra artilleriyası və minaatanlar – 801 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 246 ədəd, HHM sistemi – 105 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 144 ədəd, PUA – 654 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 865 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 925 ədəd, səhra artilleriyası və minaatanlar – 3063 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 555 ədəd, HHM sistemi – 363 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 405 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, gün ərzində əməliyyat şəraitində vəziyyət əvvəlki gündəki kimi davam edib:

“Bu gün də əsasən mövqe döyüşləri və artileriya dueli davam etdi.

Sumi, Çerniqov istiqamətlərində ciddi dəyişiklik baş vermədi.

Xarkov gün ərzində raket zərbələri ilə vuruldu. Xüsusən də reaktiv artilleriya atəşləri daha çox həyata keçirildi. Xarkovun müdafiəsi gündən-günə çətinləşir. Döyüşlər şəhərin 15 kilometrliyində gedir.

İzyum istiqamətində Rusarı hücum cəhdlərini davam etdirdi. Qismən dayandırıldılar. Mövqe döyüşləri davam etdi.

Slavyansk raket və artilleriya zərbələri ilə atəşə tutuldu. Bu istiqamətdə irəliləyiş olmadı.

Lisiçansk istiqaməti kritik olaraq qaldı. Küçə döyüşləri davam etdi. Ruslar cənubdan şəhəri mühasirəyə almağa cəhd edir. Şəhər hələ də müdafiə olunur.

Baxmut istiqamətində də gərgin döyüşlər getdi. Rusların hücumları davam etdi.

Zaporoje istiqamətində mövqe döyüşləri davam etdi.

Takmak yaşayış məntəqəsində qənimətlərin bölünməsində insident yaşandı. Rus hərbçiləri arasında atışma baş verdi. Öz atəşləri nəticəsində ölənlər oldu.

Xerson istiqamətində taktiki üstünlük Ukrayna həmlə qruplarındadır. Onlar çıxdıqları hədlərdə möhkəmlənməyə çalışdılar.

Nikolayev şəhəri intensiv raket zərbələri ilə vuruldu. Odessada vəziyyət nisbi sakit keçdi.

İlan adasında qalan texnika və sursatları sıradan çıxarmaq üçün ruslar döyüş təyyarələrindən atılan yandırıcı raketlərdən istifadə etdilər. Adada qalan nə var idisə, yandıraraq sıradan çıxardılar.

Gün ərzində BaxmutSlavyansk istiqamətində Rusiya qoşunları yeni hücum qruplaşması yaratmağa davam etdi. Görünən odur ki, tezliklə bu istiqamətdə yeni hücum cəhdləri ediləcək.

Gün ərzində ruslar ən çox texnika və şəxsi heyət itkisini Baxmut-Kramatorsk istiqamətində verdi. Ukrayna mənbələrinə görə, 129 gün ərzində Rusiya ordusunun şəxsi heyət ikisinin təxmini sayı 35 970 nəfər təşkil edir. Bu çox ciddi rəqəmdir. Hələ itkilər verməkdə davam edəcəklər.

Mühribənin 129-cu günündə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı qoşunları şəxsən özü yoxlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, Valeri Gerasimov əməliyyatlarla bağlı məlumatı komandirlər və ərazidəki rəsmilərin özündən dinləyib. Çox güman ki, Rusiya siyasi hakimiyyəti çox tələsir, ancaq ordu onların sürətinə çatdıra bilmir. Gerasimov məhz ordunun daha sürətli fəaliyyət göstərməsi üçün şəxsən ərazidə olub və tapşırıqlar verib.

Gün ərzində cəbhədə əməliyyat vəziyyəti yuxarıdakı kimi idi.

Beynəlxalq tərəfdaşları Ukraynanı dəstəkləməyə davam etdilər.

Bu gün Bolqarıstan Rusların 70 diplomatını “persona non-qrant” elan etdi. Onlar cəsusuluqda ittiham olunur.

Bu gün açıqlandı ki, Amerika Avropa bazarına ruslardan daha çox qaz ixrac etti. Bu karbohidrogen bazarında rusların ciddi itkisi sayıla bilər. Rusiyaya verilən məsaj ondan ibarətdir ki, Avropa Rusiya qazı olmadan da ötüşə biləcək. Avropaya qaz ixracı Rusiyanın bir nömrəli “silahı” sayılır. Görünən odur ki, belə davam etsə, bu “silahı” da onun əlindən alacaqlar. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatında ciddi hiss olunacaq. Avropalılar qış aylarına qaz problemini həll etmək istəyirlər. Əgər qış ayları üçün problem aradan qalxacaqsa, ruslar çarəsiz qalacaqlar.

Müharibənin uzanması bunu daha da təsirli edəcək. Çünki Rusiya uzunmüddətli müharibəyə hazırlaşmamışdı. Müharibə uzandıqca rusların gözləmədiyi yeni iqtisadi reallıqlar yaranır. Bu isə öz növbəsində maliyyə itkilərinə gətirəcək. Qaz infrastrukturunu qısa zaman ərzində yeni bazarlara uyğunlaşdırmaq çox çətin olacaq. Qaz “müharibəsində” vəziyyət Ukraynanın tərəfdarlarının lehinə dəyişməyə başladı. Düşünürəm ki, AmerikaAvropa İttifaqı müharibənin iqtisadi fazasında uzun vadədə rusların məğlub edilməsini bir nömrəli siyasi, iqtisadi tapşırıq olaraq müəyyən edib. Rusiya iqtisadiyyatını haradan “yaralıyacaqlarsa”, oradan da tempi artıraraq davam edəcəklər. Artıq əməliyyatlar teatrında və iqtisadi cəbhədə Ukayna ilə paralel Amerika və Aİ Rusiyaya qarşı döyüşür. Onlar artıq “müharibə kartlarını” açıq oynayırlar.

Tərəflərin hansının istər əməliyyatlar teatrında, istərsə də “iqtisadi cəbhədə” daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv