!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 139-cu GÜNÜ: Ukrayna ordusu Xerson istiqamətində irəliləyir - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 139 günü ərzində Rusiya və Ukrayna tərəfinin savaş itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 342 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 649 ədəd, səhra artilleriyası və minaatanlar – 817 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 893 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 955 ədəd, səhra artilleriyası və minaatanlar – 816 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 139-cu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində əsasən tərəflərin mövqe döyüşləri və raket-artilleriya “duel”i davam edib:

“Gün ərzində hər iki tərəf müxtəlif istiqamətlərdə hücum və əks-hücumlarını davam etdirib. Ötən gün Ukrayna ordusu yenə Rusiyaya məxsus bir neçə silah ambarını sıradan çıxarıb. Rusiya ordusunun ondan çox yüksək rütbəli zabitinin məhv edildiyi bildirilir. Ukrayna tərəfinin verdiyi məlumata görə, ölənlər arasında bir general da var.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunu təhdid edərək, bildirib ki, onlara heç bir yerdə rahatlıq olmayacaq və qəti qələbəyə qədər müharbəni davam etdirəcəklər. Ukraynanın Xerson istiqamətində əks-hücumları da vüsət almaqdadır. Göründüyü qədər, Ukrayna Xersonu şəhərini və həmin vilayəti ruslardan tamamilə azad etməyi hədəfləyib.

Rusiya tərəfi isə müdafiəni möhkəmləndirməklə yanaşı, Ukraynanın şərqində fəallığını artırmağa çalışır. Hazırda tərəflərin əlavə gücləri olmadığı üçün irəliləmə tempi aşağı düşsə də, bu, itkilərin sayına təsir etmir. Əksinə, itkilər hər gün daha da artır. Çünki tərəflər uzaqdan bir-birilərinin silah ambarlarını və cəmləşmə rayonlarına dəqiq vuran raketlərlə ardıcıl zərbələr endirirlər.

Savaş başlayandan bu yana Rusiya ordusunun 40 mindən çox itki verdiyi deyilir. Bu itki təbii ki, orduda ciddi şəxsi heyət çatışmazlığına gətirib çıxarıb. Bunun qarşısını almaq üçün Rusiya ümumi səfərbərlik elan etmək niyyətində olsa da, bu məsələdə Putinin əli çox zəifdir. Çünki səfərbərliklə bağlı xalqdan dəstək ala bilmir. Şəxsi heyət çatışmazlığının qarşısını almaq üçün başqa yollara əl atıldığı iddia olunur. Qeyd edilir ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi canlı qüvvə itkisini bərpa etmək üçün həbsxanalardan cəza çəkən məhbusları və Rusiyanın kasıb regionlarından hərbi mükəlləfiyyətli şəxsləri ön xəttə göndərməyi qərara alıb.

Eyni zamanda, təxminən bir həftə təlim görən çağırışçıların da birbaşa döyüş əməliyyatlarına cəlb edildiyi bildirilir. Bu addım Rusiya ordusunda say nisbətinin bərpasına imkan versə də, döyüş təcrübəsi olmayan şəxslərin qaynar nöqtələrə göndərilməsi onları “asan yem”ə çevirir.

Rusiya ilə Ukrayna savaş meydanı ilə bərabər, siyasi müstəvidə də “müharibə”ni davam etdirir. Avropa İttifaqı (Aİ) ölkələri rusiyalı oliqarxlara qarşı yeni sanksiyalar tətbiq edib. Aİ Komissiyasının ədliyyə komissarı Didye Reynders bildirib ki, rusiyalı oliqarxların və digər təşkilatların 13,8 milyard avro məbləğində aktivləri dondurulub. Təbii ki, bu kifayət qədər böyük rəqəmdir.

Aİ ölkələri Ukraynanın yanında olduqlarını müxtəlif bəyanatlarla bir daha ifadə edərək, rəsmi Kiyevə yardım zərflərinin hazırlanması üzərində işləri tamamladıqlarını bildiriblər. Aİ rəsmiləri bildiriblər ki, Ukraynaya 9 milyard avro həcmində yeni yardım zərfindən əlavə olaraq ABŞ də Kiyevə 1,7 milyard dollar həcmində növbəti maliyyə yardımını gerçəkləşdirəcək. Ukrayna edilən bu yardımlar fonunda Rusiyanın maddi itkilərinin gün-gündən artdığı müşahidə olunur.

Digər tərəfdən, bu savaş üzündən dünyada taxıl böhranı dərinləşməkdədir. Rusiya limanları bağlayaraq Ukrayna taxılının dünya bazarına çıxarılmasına hələ də imkan vermir. Məsələnin həlli üçün fəallıq göstərən Türkiyənin təşəbbüsü ilə bu gün İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT rəsmilərinin iştirakı ilə taxıl böhranının müzakirə ediləcəyi görüş keçiriləcək.

Bu arada ABŞ kəşfiyyatı İranın Rusiyaya yüzlərlə PUA verəcəyini iddia etsə də, rəsmi Tehran bu məlumatı yalanlayıb”.

Səxavət Məmməd

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv