!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 14-cü GÜNÜ: Kremlin planladığı əməliyyat sahədə həyata keçirilə bilmir - TƏHLİL

!Reklam – Yazi

On dörd gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 12 500 nəfərdən çox, tanklar – 325 ədəd, ZTR-lər – 1080 ədəd, artilleriya sistemləri – 125 ədəd, hava hücumundan müdafiə sistemləri – 30 ədəd, təyyarələr – 47 ədəd, helikopterlər – 72 ədəd, avtomobil texnikası – 600 ədəd, PUA-lar – 6, yüngül sürətli qayıqlar – 3 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 10 000 nəfərdən çox hərbçi, 4000 nəfərdən çox mülki şəxs, tanklar – 835 ədəd, ZTR-lər – 840 ədəd, artilleriya sistemləri – 315 ədəd, hava hücumundan müdafiə sistemləri – 60 ədəd, təyyarələr – 64 ədəd, helikopterlər – 19 ədəd, avtomobil texnikası – 680 ədəd, xüsusi təyinatlı hərbi texnika – 570 ədəd, PUA-lar – 10 ədəd, hərbi obyekt – 2450 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 85 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 116 ədəd.

Ukrayna-Rusiya müharibəsinin on dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, döyüşlərin on dördüncü günündə tərəflərdən heç biri xüsusi uğur əldə etməyib, gün hər iki tərəfin itkiləri ilə yadda qalıb:

“Gün ərzində döyüşlər, əsasən, Polesye və Volınsk, Nejin, İvanisa, Trostyanes, Çerniqov, Barıvki, Nikolayev, Xarkov yaşayış məntəqələri uğrunda gedib.

Rusların Xarkov istiqamətində irəliləmək istəyən hərbi kalonu Dereqaçe yaşayış məntəqəsində darmadağın edilib. Xerson vilayətinin Skadovsk şəhərinə daxil olan rus hərbçiləri şəhərdə cəmi bir neçə saat duruş gətiriblər. Minlərlə vətəndaşın qatıldığı mitinqin tələbinə uyğun olaraq hərbçilər tankları, PDM-ləri ilə birlikdə şəhəri tərk ediblər. Ukrayna ordusu Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar.

Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində əks-hücuma keçərək rusları əvvəlki mövqelərinə qaytarıblar.

Çerniqovda rusların hərbi karvanı mühasirəyə düşüb, çoxlu sayda hərbi texnika məhv edilib, qənimət olaraq ələ keçirilib.

Ukrayna müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri püskürdür. Cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir.

Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər. Rusiya qoşunlarının şəxsi heyəti arasında çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır.

Gün ərzində Enerqodar-Zaporojye, Sumi-Poltava, Mariupol-Zaporojye, Volnovaxa-Pokrovsk, İzyum-Lozovaya, Vorzel, Buça, Borodyanka, İrpen, Gostomel-Kiyev humanitar dəhlizlərinin açılmasına baxmayaraq, Rusiyaya az bir sayda mülki əhalinin keçdiyi göründü.

BMT-nin məlumatına görə, fevralın 24-dən Ukraynada 1335 mülki şəxs yaralanıb, onlardan uşaqlar da daxil olmaqla 474-ü həlak olub.

Bunlar ilkin məlumatlar olduğu üçün düşünürəm ki, ölənlərin dəqiq sayı bundan qat-qat çoxdur.

Rusiya tərəfi Ukraynanın bütün hərbi obyektlərinin 70 faizindən çoxunu və havadan müdafiə sistemlərini qismən sıradan çıxardığını deyir.

Ruslar Ukrayna hərbi aerodromlarının 90 faizini sıradan çıxıb – 137 S-300, Buk M-1 və S-125 zenit-raket kompleksləri məhv edilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin bəyanatına görə, Rusiya hərbçiləri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ukrayna hərbçilərinin Donbasda zərbə qruplarının genişmiqyaslı hücumunun qarşısını alınıb və onlar dayandırılıb.

Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb.

Gün ərzində gündəmi Ukraynada yalnız rus həqiqi hərbi xidmət qulluqçularının (əsgərlərin) olması xəbəri zəbt etdi. Belə təəsürat yarandı ki, əslində, hücum qruplaşmasında yalnız müqaviləli əsgərlər olmamalı idi. Bu o qədər də inandırıcı görünmir. Çünki Rusiya hərbi hissələrinin şəxsi heyətinin əsas hissəsini əsgərlər təşkil edir. Kreml rəhbərliyi bu barədə cinayət işi qaldırılmasına göstəriş verdi. Ukrayna tərəfi 250 nəfərdən çox rus çağırışçı əsgərin əsir olduğunu deyir. Bunu Rusiya tərəfi də inkar etmir.

Bu da rus silahlı birləşmələrinin taktiki səviyyədə uğursuzluğunun əsaslandırılması üçün bəhanə olacaq. Əsgər olduqları üçün tapşırığı yerinə yetirə bilməyiblər. Sanki müqaviləli əsgərlər olsaydı, belə olmayacaqdı.

14-cü gündə də “bliçkriq” baş tutmadı. Ukrayna kəşfiyatının məlumatına görə, Kremlin 15 günlük “bliçkriq” planı sabah başa çatmalı idi. Görünən odur ki, Kremlin xəritədə 3 fazada planlandığı əməliyyat sahədə həyata keçirilə bilmir.

Planın hələ heç 2-ci fazasının yerinə yetirildiyi görsənmir.

Bu, növbəti mərhələdə rusların Hipersonik nüvə başlığı daşıyan operativ-taktiki raketlərin istifadəsinin mümkünlüyü reallığını yaradır. Rusların “Kinjal”, ”Çirkon”,”İsgəndər”, ”Poseydon” kimi hipersonik ölümcül raketlərin istifadəsinə qərar verib-verməyəcəyinə və istifadə edərsə, Ukraynanın buna nə qədər hazır olduğunu önümüzdəki günlərdə görəcəyik.

Çox təhlükəli vəziyyət yaranıb. Putin bu müharibədə öz hədəflərinə nail olsa, Ukraynanın gələcəkdə suveren bir ölkə olaraq qalması çətin olacaq. Qorxulusu odur ki, Putin böyük itkilər versə və məğlub duruma düşsə, Kreml daha çıxılmaz qərarlar verə bilər.

Rusiyanın bunu edib-etməyəcəyini önümüzdəki günllərdə görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv