!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 142-ci GÜNÜ: Tərəflər irəliləyə bilməsə də, intensiv döyüşlərdə ağır itkilər verirlər - TƏHLİL

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 142 günü ərzində Rusiya və Ukrayna tərəfinin savaş itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 349 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 658 ədəd, səhra artilleriyası və minaatanlar – 821 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 252 ədəd, HHM sistemi – 109 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 902 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 964 ədəd, səhra artilleriyası və minaatanlar – 821 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 142-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, tərəflərin bölmələrinin irəliləməsi az olsa da, döyüşlər son dərəcə şiddətli keçib:

“Gün ərzində Ukrayna ordusu Xerson istiqamətində bir qədər irəliləyib. Rusiya ordusunu silah-sursatı atıb qaçması barədə də infor⁰masiyalar yayılıb. Ancaq bu informasiyalar hələki öz təsdiqini tapmayıb. Ancaq bütün hallarda Ukrayna ordusunun Xersonla bağlı son dərəcə qərarlı olduğunu görə bilirik.

Rusiya ordusu isə Ukraynanın şərq istiqamətində hücumlarını davam etdirir. Onlar hələki istədiklərinə nail ola bilmirlər. Ukraynalı döyüşçülər onların hücumunun qarşısını ala bilir. Ancaq Rusiya əsas gücünü həmin istiqamətə verib, çox ciddi itkilər bahasına olsa belə, orada uğur qazanacaqlarını demək mümkündür. Onsuzda müharibə başlayandan bu günə qədər Rusiya ordusuna ələ keçirdiyi bütün yaşayış məntəqələri fantastik itkilər hesabına başa gəlib.

Rusiya ordusu raket zərbələrinə də davam edib. Onlar gün ərzində DneprMikolayiv şəhərlərinə ardıcıl raket zərbələri endirib.

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində şəhərin su təchizatını təmin edən məntəqələr sıradan çıxıb. Hesab edirəm ki, Rusiya tərəfi bunu bilərəkdən edib. Havaların belə isti keçdiyi bir zamanda su qıtlığının yaranmasının hansı fəsadlar verə biləcəyini təxmin etmək o qədər də çətin deyil. Yeri gəlmişkən, Dnepr şəhər meriasından da su kəsintilərinin olacağı bildirilib.

Mikolayiv şəhərinə atılan 10 raket nəticəsində iki universitet binasına da ciddi zərər dəyib. Qubernator Vitali Kim bildirib ki, rus terrorçuları Mikolayivdə iki ən böyük universitetə ​​hücum etdilər, indi isə təhsilimizi hədəf alıblar.

Rusiya tərəfi universitetlərə endirilən raket zərbələrini dolayısı ilə təsdiq edib. Rusiya Müdafiə Nazirliyi Ukrayna Hərbi Hava Qüvvələrinin komandirlərinin xarici silah tədarükçüləri ilə görüşərkən hədəf alındığını açıqlayıb. Nazirlikdən iddia olunub ki, raket zərbələri nəticəsində yığıncaqda iştirak edənlər məhv edilib.

Bir neçə gün öncə taxıl böhranı ilə bağlı İstanbulda keçirilən görüş artıq nəticə verməyə başlayır. Rusiya tərəfi də Qara dəniz təşəbbüsü üzrə yekun sənədin yaradılmasına yönəlik işlərin yaxın vaxtlarda başa çatacağını bəyan edib. Bu məsələdə Rusiyanı narahat edən əsas məqam gəmilərlə Ukraynaya silah-sursatın gətirilməməsidir. İlkin məlumata görə, tərəflər limanlarda giriş-çıxışa birgə nəzarət edəcəklər.

Digər tərəfdən isə İsveçFinlandiyanın NATO-ya üzv olması reallaşmağa yaxındır. Protokolların imzalanmasından sonra NATO-ya üzv ölkələrin yarısı bu iki ölkənin üzvlüyünün ratifikasiya prosesini başa çatdırıb. Proses indiki tempdə davam etsə, Rusiya ilə uzun sərhədləri olan iki ölkənin NATO-ya üzvlüyü tam rəsmiləşəcək. Rusiyanın buna cavab olaraq hansı addımları atacağı hələ bəlli deyil.

Hesab edirəm ki, hazırkı məqamda Rusiya o ölkələri sözlə hədələməkdən uzağa gedə bilməyəcək. Gələcəkdə isə nüvə silahlarını tuşladığı ölkələrin siyahısına İsveç və Finlandiya da əlavə olunacaq.

Qərb ölkələri Ukraynaya maddi və silah yardımı ilə yanaşı, Ukrayna hərbçilərinə NATO standartları ilə təlim keçməklə də dəstək olur. Hollandiya Ukraynanın 10 min əsgərinə Böyük Britaniyada təlim keçəcəyini açıqlayıb.

Rusiya ordusu bir neçə günlük təlimlə çağırışçıları və orduya cəlb edilən mülki şəxsləri birbaşa savaş meydanına göndərirsə, Ukrayna ordusunun mənsubları tam hazır vəziyyətə gətirilənə qədər təlim gördükdən sonra ön xəttə çıxarılırlar. Bu, uzanan müharibədə son dərəcə ciddi məqamlardandır. Ukrayna ordusunun döyüşə tam hazırlanılmasının hansı nəticələr verəcəyini zamanla görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv