!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 156-cı GÜNÜ: Əməliyyatlar teatrında hücum və müdafiə vəziyyəti davam edir - TƏHLİL

!Reklam – Yazi

156 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 710 ədəd, hərbi avtomobil texnikası – 2 848 ədəd, səhra artilleriyası və minaatanlar – 886 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 264 ədəd, HHM sistemi – 120 ədəd, təyyarələr – 222 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 178 ədəd, PUA – 726 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 957 ədəd, hərbi avtomobil texnikası – 4 010 ədəd, səhra artilleriyası və minaatanlar – 837 ədəd, YARS – 576 ədəd, HHM sistemi – 379 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 449 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 156-cı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 156-cı gündə Rusiya və Ukrauna qoşnlarının əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib:

“Tərəflərin qarşılıqlı mövqe döyüşləri və raket-artilleriya zərbələri davam etdi.

Gün ərzində Ukrayna qoşunları Rusiyanın Donbasdakı Donetsk şəhəri yaxınlığındakı kiçikmiqyaslı hücumlarını uğurla dəf etdi. Bu istiqamətdə Rusiya qüvvələri dağıdılmış körpülərin yerinə yenilərini yaratmağa çalışır.

Rusiya yenidən Ukraynadakı operativ hədəflərini dəyişdirib. Onlar İzyum şəhəri istisna olmaqla, Donetsk vilayətinin digər bölgələrindən çəkilərək qüvvələrini Xerson və Zaporojye istiqamətinə göndərməyə başlayıb.

Rusiyanın nəzarətində olan bölgələr “mülki-hərbi idarə” sisitemi ilə idarə olunur. İlin sonunadək bu bölgələrin referendum yolu ilə Rusiyaya birləşdirilməsinə hazırlıq işləri aparılır. Müharibə Rusiyanın istədiyi kimi davam etsə, bu ərazilərin Rusiya əraziləri olacağını gözləməliyik.

Rusiya raket-artilleriya qoşunları Ukrayna ərazisində hərbi və mülki obyektlərə hava və raket zərbələri endirməkdə davam etdi.

Volın və Polissya istiqamətlərində əməliyyat şəraitində vəziyyət dəyişməyib.

Severski istiqamətində qarşı tərəf Çerniqov və Sumı vilayətlərinin sərhəd yaşayış məntəqələri ərazilərinə raket zərbələri endirdi. Mülki infrastruktur və obyektlərə ziyan dəydi.

Xarkov istiqamətində Rusiya qoşunları Xarkov, Prudyanka, Çerkaski Tışki, Borşçova, Lisne, Koroboçkine, Mospanove, Starıy Saltiv rayonlarını artilleriya atəşinə məruz qoydu.

Slavyansk istiqamətində qarşı tərəf Asiivka, Protopopivka, Husarivka, Xruşuvaha, Karnauxivka, Dolina və Adamivka yaşayış məntəqələrini tanklardan və artilleriya sistemlərindən atəşə tutdu.

Brazivka və Dimitrovka rayonları istiqamətində Rusiya qoşunları hücum əməliyyatları keçirdi, hücumlar uğurlu olmadı, geri çəkildilər.

Kramatorsk istiqamətində Kramatorsk, Siversk, Spirne və digər yaşayış məntəqələri atəşə tutuldu.

Serebryanka və Spirne yaxınlığında Rusiya hava zərbələrindən istifadə etdi.

Rusiya qoşunları bütün cəbhələrdə PUA-larla hava kəşfiyyatını davam etdirir.

Baxmut istiqamətində qarşı tərəf Yakovlivka, Soledar, Baxmut, Vesela Dolina, Kodema, Semıhirya, Travneve, Zaytseve, Kostyantinivka yaşayış məntəqəəri ərazilərində hərbi və mülki infrastrukturu atəşə tutdu.

Soledar yaxınlığında hava hücumu həyata keçirildi.

Vershina və Travneve bölgələrində də hücum cəhdləri edildi. Hücumlar uğursuz oldu.

Semihirya, Zaytseve və Verşina yaxınlığında döyüşlər davam edir.

Avdeyevka istiqamətində ruslar Novobaxmutivka, Avdiivka, Opıtne, Vodyanı, Piski və Krasnohorivka rayonlarını raket-artilleriya vasitələrindən və tanklardan atəşə tutdular.

Selidove, Avdiivka və Pervomayske yaxınlığında hava hücumları həyata keçirildi.
Qarşı tərəf Piski və Avdiyivka ərazilərində hücumlar həyata keçirdi, lakin nəticəsiz oldu.

Krasnohorivka yaxınlığında da döyüşlər davam edir.

Novopavlivski istiqamətində düşmən Maryinka, Vuhledar, Mikilske, Pavlivka, Vremivka, Novosilka və Novopil qəsəbələri ərazilərini artilleriya atəşinə tutdu.

Zaporojye istiqamətində ruslar Zalizniçne, Çarivne, Bilohirya, Orihiv, Novoandriivka və Kamianske yaşayış məntəqələri ərazilərində mülki və hərbi infrastrukturu atəşə tutdu.

Novomixailivka və Mali Şerbakı yaxınlığında hava hücumu həyata keçirildi. Cənub Buk istiqamətində isə ruslar əsas səylərini nəzarətə götürdükləri mövqelərin əldə saxlanılmasına və Ukrayna bölmələrinin irəliləməsinin qarşısının alınmasına yönəldir.

Rusiya qoşunları, eyni zamanda, gün ərzində maddi-texniki təminat yollarının bərpası üçün fəal tədbirlər həyata keçirdi.

Qara dəniz akvatoriyasında rusiya flotiliyası kəşfiyyat və döyüş əməliyyatlarının aparıldığı ərazini təcrid etməkdə davam edir.

“Kalibr” tipli dəniz bazalı qanadlı raketlərin daşıyıcıları Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirmək məqsədi ilə Qara dəniz akvatoriyasını nəzarətdə saxlamağa davam edir.

Son sutka ərzində Ukrayna qoşunları yüksək dəqiqlikli artilleriya sisitemləri vasitəsilə Rusiya qoşunlarının 4 hərbi bazasını məhv etdi.

Bu gün Ukrayna Prezidenti ordunun Xüsusi Əməliyyatlar Qüvvələrinə yeni komandan təyin etdi. Önümüzdəki günlərdə müharibənin əsas ağırlığının bu qüvvələrin üzərinə düşəcəyini gözləməliyik.

Əməliyyatlar teatrındakı son vəziyyət onu deməyə əsas verir ki, Rusiya qoşunlarının hücum tempi əvvəlki günlərdəki kimi hələ də intensivdir. Operativ və taktiki hədəfləri ələ keçirmək üçün ordu qrupları əllərində olan hərbi gücdən maksimum istifadə etməyə çalışırlar. Ukrayna müdafiə ordusu müdafiyə tapşırıqlarını qismən də olsa, yerinə yetirə bilir. Amma əməliyyat şəraitinə hələ də Rusiya qüvvələri nəzarət edirlər. Belə ki, ruslar hücum edir, ukraynalılar isə müdafiə olnmağa çalışırlar. Vəziyyəti balanslaşdırmaq üçün Ukrayna tərəfi ən azından Rusiyanın hücumlarını tam dayandırmalıdır. Bundan sonra əks-hücumlar keçirəcəklərini gözləməliyik. Bu isə hələ baş vermir.

Rusiyanın hərbi arsenalında da ciddi sıxıntıları müşahidə etmirik.

Əməliyyatlar teatrında vəziyyəti hələ ki onlar müəyyən edir. Ukrayna ordusunun Rusiya qoşunlarının aktiv hücum əməliyyatlarını dayandırıb-dayandırmayacağını önümüzdəki günlərdə görəcəyik…”

Səxavət Məmməd

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv