!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 159-cu GÜNÜ: Qərbin artan dəstəyi müharibəyə necə təsir edir? - TƏHLİL

!Reklam – Yazi

159 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 775 ədəd, hərbi avtomobil texnikası – 2 904 ədəd, səhra artilleriyası və minaatanlar – 918 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 260 ədəd, HHM sistemi – 118 ədəd, təyyarələr – 223 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 176 ədəd, PUA – 737 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 969 ədəd, hərbi avtomobil texnikası – 4 018 ədəd, səhra artilleriyası və minaatanlar – 843 ədəd, YARS – 579 ədəd, HHM sistemi – 382 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 462 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 159-cu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.Elxan Şıxəliyev bildirib ki, son sutka ərzində Rusiya və Ukrayna qoşnlarının təmas vəziyyətindəki əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib:

“159-cu gündə də əməliyyat teatrında tərəflərin hücum və müdafiə döyüşləri davam etdi.

Rusiya qoşunları Severski istiqamətində Çerniqov rayonunun Senkovka və Lipkovka, Sumı rayonunun Staraya Huta, Pavlovka, Pokrovka ərazilərində raket və artilleriya zərbələri ilə mülki infrastruktura ciddi ziyan vurdu. Bu istiqamətdə aktiv hava kəşfiyyatı aparıldı.

Xarkov istiqamətində Xarkovun Prudyanka və on dörd yaşayış məntəqəsi artilleriya atəşinə tutuldu. Kəşfiyyat qrupları Ukrayna bölmələrinin mövqelərini döyüşlə aşkar etməyə çalışdı. Döyüşlə kəşfiyyat uğurlu alınmadı və geri çəkildilər.

Slavyansk istiqamətində Norsivka, Çepil, Hruşuvaxa, Ridne, Virnopillya, Husarivka, Dibrivne, Dolina və Adamivka yaşayış məntəqələrinin əraziləri müxtəlif kalibrli tank və artilleriyadan atəşə tutuldu.

Mazanovka yaxınlığında Ukrayna müdafiə qüvvələri rusların kəşfiyyat qrupunu aşkar edərək zərərsizləşdirdi.

Kramatorsk istiqamətində vəziyyətdə ciddi hərəkətlilik hiss olunmadı.

Luka, Serebryanka, İvano-Daryivka, Hrihorivka, Zvanivka, Verxniokamianske və Spirne yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələrinin mövqeləri və mülki infrastruktur tanklardan, raket-artilleriya sisitemlərindən atəşə tutuldu.

Baxmut istiqamətində qarşı tərəf Berestove, Soledar, Baxmut, Kostyantinivka, Vesela Dolina, Zaitseve, Verşina, Kodema, Vesele, Travneve yaxınlığında tank və artilleriyadan istifadə etdi. Pokrovske, Soledar, Verşina, Yakovlivka, Baxmut və Kodema yaşayış məntəqələrinə hava hücumları həyata keçirildi.

Rusiya bölmələri Soledar, Verşina və Baxmut ərazilərində mövqe döyüşləri aparmağa çalışsa da, hücum nəticəsiz qaldı və geri çəkildilər.

Novopavlivsk və Zaporojye istiqamətlərində aktiv hücumlar müşahidə olunmadı.

Ukrayna hərbçiləri rusların Maryinka istiqamətində irəliləmək üçün bütün cəhdlərini dəf etdilər. Ukraynanın cənubunda ruslar qoşunlarını gücləndirməyə çalışır, yenidən qruplaşmağa davam edir.

Cənub Buk istiqamətində ruslar əsas səyləri əvvəllər işğal olunmuş mövqeləri tutmağa və Ukrayna bölmələrinin irəliləməsinin qarşısını almağa yönəldib. Bütün təmas xətti boyunca tank, minaatan, raket-artilleriya sistemlərindən atışlar qarşılıqlı davam etdi.

Rusiya mühəndis qoşunları əsas səylərini Dnepr çayı boyunca dağıdılmış və zədələnmiş körpüləri və körpü keçidlərini bərpa etməyə yönəltdi. Keçidlər bərpa olunursa, demək, yeni ərazilər uğrunda yeni hücumlar həyata keçiriləcək. Rusiya qoşunları Dnepr çayı sahili boyu dayanmaqda israrlı deyillər. Onların yeni taktiki və operativ hədəfləri Dnepr çayının sol sahilindədir.

Rusiya qoşunları bütün cəbhə boyu PUA-larla hava kəşfiyyatını davam etdirdi.

Ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları Xerson istiqamətində gedən döyüşlərdə 11 rus hərbçisini əsir götürdü.

Bu gün Amaniyanın MARS II YARS-ları artıq Ukraynaya gətirildi.

Ukrayna Silahlı Qüvvələri ABŞ-dən hərbi yardım proqramı çərçivəsində daha dörd yüksək dəqiqlikli mobil M142 HİMARS kompleksi aldı.

Artan hərbi yardımlar fonunda Ukrayna müdafiə qüvvələrinin cəbhədə əməliyyat şəraitində ciddi dönüş yaradıb-yaratmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv