!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 16-cı GÜNÜ: Belarus cəbhəsinin müharibəyə müdaxilə ehtimalı artır - TƏHLİL

!Reklam – Yazi

On altı gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 12 900 nəfərdən çox, tanklar – 380 ədəd, ZTR-lər – 1 150 ədəd, artilleriya sistemləri – 140 ədəd, hava hücumundan müdafiə sistemləri – 42 ədəd, təyyarələr – 53 ədəd, helikopterlər – 76 ədəd, avtomobil texnikası – 800 ədəd, PUA-lar – 8, yüngül sürətli qayıqlar – 4 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 10 700 nəfərdən çox hərbçi, 450 nəfərdən çox mülki şəxs, tanklar – 845 ədəd, ZTR-lər – 855 ədəd, artilleriya sistemləri – 325 ədəd, hava hücumundan müdafiə sistemləri – 69 ədəd, təyyarələr – 65 ədəd, helikopterlər – 20 ədəd, avtomobil texnikası – 750 ədəd, xüsusi təyinatlı hərbi texnika – 600 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 2 500 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 97 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 122 ədəd.

Ukrayna-Rusiya müharibəsinin on altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, müharibənin 16-cı günündə siyasətdə və əməliyyatlar bölgəsində bir sıra mühüm hadisələr yaşanıb:

“16-cı gün ərzində Kiyev, Xarkov, Donetsk, Moriupol, Nikolayev, Zaporojye şəhərlərinin ruslar tərəfindən raket-artilleriya silahları ilə bombalanması davam etdi. Volnovxa şəhəri bombordman nəticəsində “ruhlar şəhəri”nə çevrilib. Bəzi şəhərlərə qarşı hətta kasetli bombalardan istifadə olundu. Bütün şəhərlərdə hava hücumu təhlükəsi siqnalları eşidilib. Bu siqnalı eşidən hər kəs sığınacaqlara yerləşib.

Bütün istiqamətlərdən gələn, hərəkətdə olan kalonlar pusquya salınıb, nəticədə böyük tələfatlar verilib və çoxlu rus hərbçisi əsir götürülüb.

Müharibənin 16-cı günündə də Rusiya hücum qruplaşmaları Ukrayna şəhərlərini mühasirəyə almağa, uzaqdan raket atəşinə tutmağa davam etdi.

Rusiyanın hərbi əməliyyatlarının taktiki mənzərəsi aydın olsa da, strateji məqsədlərlə bağlı qayğıları hələ də qalmaqdadır.

Rusiya ordusunun Belarus rəhbərliyini Ukraynaya qarşı müharibəyə müdaxil etmək üçün provokasiya hazırladığı məlumatları yayıldı. Rusiya aviasiyası Ukraynanın hava məkanından istifadə etməklə Belarusun sərhəd ərazilərinə, əsasən, Kopani, Brest vilayətinə zərbə endirməyə hazırlaşdığı ehtimal edildi. Guya bunu Ukrayna tərəfi etmiş kimi imitasiya edərək Belarusu müharibəyə təhrik edəcəkləri xəbəri yayıldı. Ukrayna Müdafiə Nazirliyi bildirdi ki, Rusiya hərbçiləri Minski də müharibəyə cəlb etmək üçün Ukrayna ərazisindən Belarusu vurmaq niyyətindədir. Bu hələ baş verməyib, amma Belarus cəbhəsinin də müharibəyə müdaxilə ehtimalı artıb. Bu isə qüvvələr balansını Ukraynanın əleyhinə kəskin şəkildə dəyişə bilər. Kreml rəhbərliyi dünyanın hər bir yerindən Rusiya tərəfindən döyüşmək istəyən bütün muzdlulara yaşıl işıq yandırdı. Bu isə öz növbəsində önümüzdəki günlərdə əməliyyatlar teatrına hər iki tərəfdən muzdluların hakim olacağını göstərir. Görünən odur ki, önümüzdəki günlərdə Ukrayna ordusu pusqu əməliyyatları, məsafədən atəşlərlə müharibəni davam etdirəcəklər. Taktiki səviyyədə üstünlük Ukrayna ordusunda olsa da, bəzi istiqamətlərdə rusların raket-artilleriya atəşlərinə tab gətirməyən Ukrayna ordusu 5-7 km geri çəkilməyə məcbur olub. Müharibənin operativ-taktiki şəraiti sahədə oxunsa da, strateji səviyyədə nə olacağına dair ipucuları yoxdur.

Rusiya əməliyyatlar teatrına həm beynəlxalq konfiliktlər zonasından, həm də bütün hərbi dairələrin ordularındakı müqaviləli əsgərləri Ukraynaya yönəltməyə davam edir. Rusiyanın Ermənistandakı 102-ci bazasının və Qarabağdakı sülhməramlı kontingentin müqaviləli heyətinin də cənub hərbi dairəsinin tərkibində yenidən qruplaşan birliklərin tərkibinə yönəldiləcəyi də istisna deyil.

Rusiya Federasiyasının 29-cu ordusunun komandanı əməliyyatlarda həlak olub. Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun komandiri vəzifəsindən kənarlaşdırılıb. Kremlin strateji səviyyədə komandanlara qarşı bu kimi qərarların verəcəyini proqnozlarımızda söyləmişdik.

Bununla paralel, ABŞ adminstrasiyası isə Ukraynadakı müharibənin yaxın vaxtlarda bitəcəyini düşünmədiyini və ağır humanitar böhranın olacağını proqnozlaşdırdı.

Görünən odur ki, Kreml rəhbərliyi də müharibənin “bliçkriq”inin baş tutmaması ilə barışdı və müharibənin uzun vədəli planlarını hazırlamağa başladı. Bu planların nədən ibarət olduğunu önümüzdəki günlərdə görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv