!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 161-ci GÜNÜ: Tərəflər açıq döyüşlərə girməkdən çəkinirlər - TƏHLİL

!Reklam – Yazi

161 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 782 ədəd, hərbi avtomobil texnikası – 2 911 ədəd, səhra artilleriyası və minaatanlar – 921 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 262 ədəd, HHM sistemi – 119 ədəd, təyyarələr – 223 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 176 ədəd, PUA – 740 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 977 ədəd, hərbi avtomobil texnikası – 4 025 ədəd, səhra artilleriyası və minaatanlar – 847 ədəd, YARS – 580 ədəd, HHM sistemi – 383 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 465 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 161-ci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.Elxan Şıxəliyev bildirib ki, son sutka ərzində Rusiya və Ukrayna qoşunlarının təmas vəziyyətindəki əməliyyat şəraitində ciddi dəyişiklik baş verməyib:

“161-ci gündə əməliyyatlar teatrında tərəflərin hücum və müdafiə döyüşləri davam etdi. Rusiya tərəfi hücumlar etməyə, Ukrayna tərəfi isə müdafiə olunmağa çalışdı. Tərəflər artıq həm tükəndiyindən, həm də yorğunluqdan açıq döyüşlərə girməkdən çəkinirlər. Yalnız kəşfiyyat qrupları müəyyən əməliyyatlar həyata keçirməyə çalışırlar. Bu əməliyyatlar isə hər zaman uğurlu olmur. Tərəflər daha çox uzaqdan, kontaktsız müharibəyə üstünlük verirlər. Bu cür müharibə ilə qarşı tərəfin hərbi hədəflərini yox etməyə, hücum üçün zəmin yaratmağa çalışırlar.

Rusiya tərəfi, xüsusilə Xerson istiqmətində qoşunları cəmləşdirir. Ukrayna tərəfinin Xerson istiqmətindəki uğurlu əməliyyatlarının qarşısını almaq və itirdikləri əraziləri geri qaytarmaq üçün hərəkətə keçəcəklər. Yaxın günlərdə Xerson istiqmətində tərəflərin dəhşətli savaşının şahidi ola biləcəyik.

Ukrayna ilə Rusiya arasındakı müharibədə ilk müsbət hal da yaşanıb. Belə ki, Türkiyənin təşəbbüsləri nəticəsində iyulun 22-də Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə arasında imzalanan “Taxıl daşınması” müqaviləsi çərçivəsində Ukraynadan yola düşən ilk taxıl gəmisi “Razoni” İstanbul boğazına çatıb.

Rusiya tərəfindən bildirilib ki, razılaşmasının “birdəfəlik mexanizm” olmadığına və bunun səmərəli şəkildə davam edəcəyinə ümid edirlər.

Digər tərəfdən, ABŞ və İtaliyada parlament Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Türkiyə və bir neçə ölkə xaric, demək olar ki, bütün üzvlər İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı proseduru yekunlaşdırıb.

Dünyada baş verən proseslərə nəzər saldıqda hiss olunur ki, ölkələrin məsələlərə yanaşması artıq dəyişməkdədir. Serbiya-Kosova, Çin-Tayvan arasında yaşananlar Qərb ölkələrinin diqqətini Ukrayndan daha çox bu istəqamətə yönəldə bilib.

Təbii ki, bir neçə münaqişə ocağının yarnması Rusiyanın da əlinə oynayır. Digər münaqişə ocaqlarının Rusiya-Ukrayna müharibəsinə hansı formada təsir edəcəyini yaxın zamanlarda görəcəyik…”

Səxavət Məmməd

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv