!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 17-ci GÜNÜ: "Hərbi resursları tükənib" - TƏHLİL

!Reklam – Yazi

On yeddi gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Şəxsi heyət -12.900 min nəfərdən çox, tanklar – 400 ədəd, ZTR-lər – 1200 ədəd, artilleriya sistemləri – 150 ədəd, hava hücumundan müdafiə sistemləri – 44 ədəd, təyyarələr – 56 ədəd, helikopterlər – 80 ədəd, avtomobil texnikası – 900 ədəd, PUA-lar – 10, yüngül sürətli qayıqlar – 4 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Şəxsi heyət – 10.800 nəfərdən çox hərbçi, 460 nəfərdən çox mülki şəxs, tanklar – 850 ədəd, ZTR-lər –860 ədəd, artilleriya sistemləri – 423 ədəd, hava hücumundan müdafiə sistemləri – 70 ədəd, təyyarələr – 65 ədəd, helikopterlər – 22 ədəd, avtomobil texnikası – 760 ədəd, xüsusi təyinatlı hərbi texnika – 934 ədəd, PUA-lar – 123 ədəd, hərbi obyekt- 3491 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 99 ədəd, S-300 və OSA zenit-raket kompleksi – 123 ədəd;

Ukrayna-Rusiya müharibəsinin on yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna ordusu və xalqının Rusiyanın hərbi gücünə qarşı qəhrəmancasına müqavimətinin 17-ci günü davam edib:

“Strateji səviyyədə ciddi uğurlar əldə edə bilməyən Rusiya qoşunları batalyon taktiki qrupları ilə taktiki səviyyədə 5-7 km irəliləyə bildi. Donetsk istiqamətində irəliləməyə çalışan ruslar müxtəlif istiqamətlərdə dayandırılıblar. Gün ərzində Ukrayna hərbçiləri Çerniqovda Rusiyaya məxsus daha bir Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Ukrayna Müdafiə Qüvvələri Moşçun qəsəbəsi yaxınlığında düşmənin İrpen çayını zorla keçmək cəhdini dəf edib, ruslar geri çəkilib, yaşayış məntəqəsi azad edilib.

Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri əldə saxlamağa çalışır. Ukrayna istiqamətinə uçan K-52 helikopteri Rostov vilayətində qəzaya uğrayıb, şəxsi heyəti həlak olub.

Xarkov istiqamətində baş verən son döyüşlərdə Bryansk alayı tamamilə məhv edilib. Ukrayna müdafiə qüvvələri müdafiələrini maksimum davam etdirməyə çalışdılar və uğurlu pusqu əməliyyatlarını davam etdirdilər. Bununla paralel qərb silahlarının ən yaxşı nümunələrinin və muzdluların Ukraynaya çatdırılması davam edir.

Ukraynalıların mübarizə aparma motivasiyasına sahib olmaları, sahədə müharibənin onların leyhinə çevrilməsinə əsas yaradır. Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsinin döyüşməsi güc balansının dəyişəcəyindən xəbər verir.

Rusiya qoşunları – xeyli itki verən, yenidən qruplaşan və Kiyevi qərbdən və cənub-qərbdən mühasirəyə almaq planından əl çəkməyən batalyon taktiki qruplarının döyüş hazırlığını bərpa etməyə çalışır. Yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerodrom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi ruslar tərəfindən sıradan çıxarıldı. Rusiya qoşunlarının ləng irəliləməsi itkilərin artmasına səbəb olur. Hər keçən gün rusların yararlılıq müddətini keçmiş keyfiyyətsiz texnikası da operativ və strateji hədəflər yönündə hücum ambisiyasını dəstəkləyə bilmir.

Rusiya Silahlı Qüvvələrinə aid döyüşə ən hazır və müasir potensialı olan, ilk sıçrayış üçün nəzərdə tutulmuş texniki bölmələrin tükəndiyi görsənir.

Əməliyyatlar teatrında rusların döyüşən bölmələrin yeni zirehli texnikalarının sanki get-gedə tükənməsi müşahidə olunur. Belə ki, Ukrayna silahlı qüvvələri daha az modern T-72 və T-80, T-90 A tankları, BTR-82A zirehli transpartyoru, PUA-ları məhv edir və ya qənimət götürür. Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olanların sayı artmaqda davam edir. 17 ci gündə də rusların kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunub.

Modern texnikalardan yoxsun Rusiya qoşunları önümüzdəki günlərdə xaotik olaraq haradasa yeni ərazilər ələ keçirməyə çalışacaq, lakin bu cəhdin nəticəsi əsaslandırılmamış itkilərə gətirib çıxardacaq. Sanki, 17-ci gündə də Rusiya hərbiçilərin itkiləri Rusiya komandanlığının vecinə olmadı. Ukraynaya qarşı müharibənin 17-ci günündə dünyanın “ən güclü ikinci” ordusunun əməliyyatlar teatrında madern hərbi resurslarının tükəndiyini görürük.

İndi RF Silahlı Qüvvələrinin əlavə qüvvə və vasitələri Ukrayna ilə sərhədlərə cəlb olunacağı qaçılmazdır. Rusiya ehtiyatların komplektləşdirilməsində də problemlər yaşayır. Putin Ukrayna müharibəsi gedişinə görə FSB-yə qəzəblidir. İddia olunur ki, hətta buna görə iki yüksək rütbəli FSB generalı Beseda və Bolux ev dustağında saxlanılır. Öncəki analizlərimizdə qeyd etdiyimiz kimi onlar hücumdan əvvəl Kreml rəhbərliyinə Ukraynadakı real vəziyyət barədə düzgün məlumat verməməkdə ittiham olunur. Reallıqda isə heç kəs Putinə eşitmək istəmədiyi informasiyanı ötürməyə cəsarət etmir.

Görünən odur ki, ukraynalıların mübarizə aparma motivasiyasına sahib olmaları, sahədə müharibənin onların leyhinə çevirməyə davam edir.

Rusiya siyasi establişmentinin ambisiyası isə atom-nüvə silahlarının olmasına əsalanıb.

Dünya iqtisadiyyatının cəmi üç faizini əhatə edən, sanksiyalar altında əzilməyə davam edən ölkə rəhbərliyinin ambisiyasının yalnız atom silahının fonunda nə qədər davam etdirə biləcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv