!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 20-ci GÜNÜ: General və polkovniklərin asanlıqla hədəfə çevrilməsi... - TƏHLİL

!Reklam – Yazi

İyirmi gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 430 ədəd, PDM və ZTR-lər – 1 230 ədəd, artilleriya sistemləri – 200 ədəd, hava hücumundan müdafiə sistemləri – 64 ədəd, təyyarələr – 77 ədəd, helikopterlər – 90 ədəd, avtomobil texnikası – 1100 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 200 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 300 ədəd, zenit-raket kompleksləri – 200 ədəd; yüngül sürətli qayıqlar -12 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 865 ədəd, ZTR-lər – 850 ədəd, artilleriya sistemləri – 440 ədəd, hava hücumundan müdafiə sistemləri – 80 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 000 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 500 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 110 ədəd, zenit-raket kompleksləri – 127 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirminci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya Ukrayna müharibəsinin 20-ci günü Ukrayna ordusunun bütün istiqamətlərdə Rusiya qoşunlarını dayandırması ilə yadda qaldı:

“Rusiyanın əsas zərbə istiqmətləri Mariupol, Berdyansk, İzyum, Volnovaxi, Nikolayev istiqamətində olmasına baxmayaraq, batalyon taktiki qrupları qarşılarına qoyulan hədəfləri tam həyata keçirə bilmədilər və dayanmağa məcbur edildilər. Rus qoşunlarının bu hədlərdə dayanmasının hərbi-siyasi rəhbərliyi nə qədər qane edəcəyi sual doğurur.

20-ci gündə də Kiyevin, Xarkovun, Donetskin, Mariupolun, Axtırkanın, Obolonunun, Qorlovkanın aramsız bombalanması davam etdi. Gün ərzində Mariupol şəhəri 22 dəfə bombalandı. Şəhərə 100-ə yaxın aviabomba atılıb.

Rusiyanın hərbi gəmiləri Mariupol şəhərini dənizdən vurmağa başladılar.

Çerniqov vilayətində ruslar tərəfində Ukrayna ordusunun çoxlu sayda silah-sursat anbarları və hərbi texnikası məhv edilib.

Ukraynanın Mariupol şəhəri uğrunda gedən döyüşlərdə Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin alayı ilə “Azov” alayının döyüşlərinin birində daha bir rusiyalı generalın yaralanaraq əsir düşdüyü xəbərləri yayıldı.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası müharibənin ötən 20 günü ərzində rusların 4 generalının, 6 polkovnikinin öldürüldüyünü bildirdi. Bu, müasir müharibələr tarixində ciddi qəbul ediləcək bir məqamdır. Belə ki, əməliyyatları kilometrlərlə arxadan komanda məntəqələrindən idarə etməli olan operativ və strateji səviyyədə vəzifələr tutan bu yüksək rütbəli general və polkovniklərin asanlıqla hədəfə çevrilməsi ciddi təhlükəsizlik boşluğu olduğundan xəbər verir. Yəni generallar qoruna bilmirsə, əsgərlər necə qoruna bilər?

Ukraynada əməliyyatlarda yaralanan və sağalan rus hərbçilərinin döyüş bölgələrinə qayıtmaqdan imtina etdikləri barədə məlumatlar yayıldı. İmtinanın səbəbləri əsgərlərin “top atəşlərinin yemi” kimi istifadə olunmaq istəmədikləridir. Hərbçilərə hərbi əməliyyatların səbəblərinin izah edilməməsi, texniki dəstəyin və komandanlıqla əlaqənin olmaması əsgərləri buna vadar edib. Bu da rus qoşunlarında hücum motivasiyasının arzuolunanın altında olması və mənəvi-psixoloji vəziyyətin çökməsi anlamına gəlir.

Rusiyanın ORT kanlında, əsas xəbərlərin canlı yayımında müharibə əleyhinə canlı pankartın açılması əsl sensasiya oldu. Pankart açan zərif cinsin nümayəndəsinin bu hərəkəti qorxudulmuş və susdurulmuş rus xalqı üçün müharibə əleyhinə etirazlara ruhlandırıcı canlı nümunə ola bilər.

Nəticə etibarı ilə 20-ci gündə Ukrayna ordusunun hava məkanını nəzarətə götürə bilməməsi müdafiənin ən zəif yeri olaraq qaldı. Bu boşluğu yaxın zamanlarda təlafi edəcəkləri də, real görünmür. Buna görə də yerdə Ukrayna ordusu, havada isə rus ordusu üstünlüyünü saxlamağa davam edəcək.

Havadakı üstünlüyün, yoxsa yerdəki üstünlüyün əməliyyatlar teatrına hakim olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv