!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 228-ci GÜNÜ: Kreml nüvə silahından istifadə edəcək? – TƏHLİL

!Reklam – Yazi

“Rusiya əvvəl bəyan edirdi ki, ilhaq etdiyi ərazilərə Ukrayna müdaxilə etsə, taktiki nüvə silahından istifadə edəcək. Ancaq görürük ki, müharibə o əraziyə keçib və bu günə qədər də bunu tətbiq etməyib. Demək ki, Rusiya qırmızı xəttinin tapdalanmasını qəbullanıb. Qəbullandığı üçün də Ukrayna bir az cəsarətlənəcək”.

Bunu Krım körpüsünün partladılması, Rusiyanın bunu Ukraynanın diversiya əməliyyatı adlandırması, rəsmi Moskvanın qırmızı xətlərinin keçilməsi və buna cavab olaraq Kiyevin bombalanmasını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Krım körpüsünün partladılmasına cavab olaraq Rusiyanın Kiyevi bombalaması adekvat deyil:

“Müharibənin 228-ci gününə çatmışıq. Görünən odur ki, tərəflərin verdiyi bəyanatlar sahədə öz əksini başqa hadisələrlə tapır. Rusiya Krım körpüsünü qırmızı xətti sayırdı. Ukrayna Krım körpüsünü raket sistemləri ilə vursa, cavabı çox ciddi olacaq. Xüsusən də taktiki nüvə silahlarının istifadə edilməsi yönündə. Ukrayna tərəfi diversiyanın təşkili və körpünün partladılması baxımından çox ciddi əməliyyat həyata keçirib. Rusiya təbii ki, bunun izlərini Ukraynaya bağlamalıdır. Əməliyyatın planlanaraq həyata keçirilməsinin Putinin doğum gününə təsadüf etməsi Rusiyanı aqressivləşdirməli idi və aqressivləşdirdi də. Krım körpüsünün raketlə vurulmasına Rusiyanın cavabı taktiki nüvə silahından istifadəyə dair bəyandırsa, körpü raket sistemləri ilə vurulmadı, diversiya nəticəsində partladıldı.

Rusiya Kiyevi bombalaması ilə cavab tədbiri gördü. Kiyev bu gün bombalanıb. Rusiya qırmızı xəttinin keçilməsi ilə bağlı hələki əlində olan mövcud nüvə başlığı xaricindəki raketlərlə cavab vermiş oldu. Kiyevin bombalanması Krım körpüsünün partladılmasına adekvat deyil. Rusiya hücum edəndən müdafiə olunan vəziyyətə düşüb. Birbaşa əməliyyat üstünlüyü Ukraynadadır. Xüsusən də 228-ci gündə Rusiyanın nəzarətində yalnız Xersonun bir hissəsi qalıb.

Rusiya bundan sonra əlində olan çəkindirmə təsir vasitələrini sahədə tətbiq edəcək. Bunlar operativ taktiki raketlər və əlində olan digər raketlər olacaq, bunları Kiyev şəhərinə yönləndirəcək. Rusiya Ukraynanın əməliyyatları dayandırmasını Kiyevi vurması ilə həll etməyə çalışacaq.

Ukrayna üçün bu yetərli olmayacaq. Ukrayna artan gücü qarşısında təslim olmayacaq. Təslimçilik Ukraynada hiss olunmur. Əməliyyatın gedişi Ukraynanı qane edir. Önümüzdəki günlərdə əməliyyatların gedişinə hava şəraiti kəskin təsir edəcək.

Rusiya Silahlı Qüvvələrinin təminat və təchizatı zəifləyir, müdafiə olunan bölmələrinin gücü zəifləməkdədir, Ukraynada isə artan xətlə gedir.

Rusiya əvvəl bəyan edirdi ki, ilhaq etdiyi ərazilərə Ukrayna müdaxilə etsə taktiki nüvə silahından istifadə edəcək, ancaq görürük ki, müharibə o əraziyə keçib və bu günə qədər də bunu tətbiq etməyib. Demək ki, Rusiya qırmızı xəttinin tapdalanmasını qəbullanıb. Qəbullandığı üçün də Ukrayna bir az cəsarətlənəcək. Pentaqonun son brifinqində Pentaqon sözcüsü bəyan etdi ki, Rusiyanın taktiki nüvə silahından istifadə etməsi üçün hazırlıqları müşahidə olunmur. Ancaq hər hansısa bir fors-major halında Rusiyanın bunu edəcəyini istisna etmir.

Ukrayna ordusunun artan gücü fonunda Rusiyanın buna cavabını önümüzdəki günlərdə görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv