!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 23-cü GÜNÜ: Putinin xalqdan, Zelenskinin Qərb dövlətlərindən gözləntiləri... - TƏHLİL

!Reklam – Yazi

İyirmi üç gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 450 ədəd, PDM və ZTR – lər – 1410 ədəd, artilleriya sistemləri – 210 ədəd, hava hücumundan müdafiə sistemləri – 65 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 110 ədəd, avtomobil texnikası – 1120 ədəd, PUA-lar – 12, hərbi obyekt – 210 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 308 ədəd, zenit-raket kompleksləri – 205 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 880 ədəd, ZTR-lər – 860 ədəd, artilleriya sistemləri – 455 ədəd, hava hücumundan müdafiə sistemləri – 90 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1070 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3510 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 118 ədəd, zenit-raket kompleksləri – 130 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin 23-cü günü rusların birinci eşalondakı tabor taktiki qruplarının hücum potensialının tükənməsi və şimal və cənub istiqamətlərində Ukrayna ordusu tərəfindən dayandırılaraq, tələsik müdafiə əməliyyatlarına keçmələrinə məcbur edilmələri ilə davam etdi:

“Tərəflər arasında əsas döyüşlər İzyum, Volnovaxa, Mariupol, Xerson və Nikolayev uğrunda oldu. İzyum istiqamətində rusların kiçik mütəxəssisləri hazırlayan təlim mərkəzinin bölmələrinin tələsik döyüşə atılan 13 PDM-i dərhal Ukrayna hərbçiləri tərəfindən sıradan çıxarıldı. Ruslar tərfindən bu kimi əməliyyatların tez-tələsik plansız həyata keçirilməsini hərb elminin məntiqi ilə çözmək mümkün deyil.

Rusların müdafiəyə keçən bölmələrinin maddi-texniki təminatı ilə bağlı ciddi problemləri var. Köməyə gələn təminat kalonları hərəkət marşrutlarında xüsusi əməliyyatlar qrupları vasitəsi ilə pusquya salınaraq sıradan çıxarılır. Ələ keçirdikləri hədlərdə tələsik müdafiəyə keçməyə çalışan tabor taktiki qrupları böyük itkilər verməkdə davam edir. Artıq tərəflərin hər birinin canlı qüvvə itkilərinin 13.000 nəfərdən çox olduğunu nəzərə alsaq, görərik ki, itkilər tərəflərin aktiv əməliyyatlar bölgəsində mövcud ümumu hərbi gücünün 15 faizdən çoxunu təşkil edir. Bu itkilər tərəflərin döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini ciddi şəkildə itirməsinə bir başa təsir edir. Bu itkilərin hər keçən gün artması tərəflərin hərbi əməliyyatları davam etdirmək iradəsini də önəmli dərəcə də zəiflədir. Eyni zamanda, hər iki tərəfin əməliyyat ehtiyatlarını necə istifadə edəcəklərində də suallar yaradır. Müharibənin gedişi onu göstərir ki, heç bir tərəf hələ strateji səfərbərlik ehtiyatlarını əməliyyatlar üçün səfərbər etməyə tələsmir. Müharibənin nəticəsinin kimin leyhinə olması, tərəflərdən kimin erkən bu ehtiyatları tükətməsindən asılı olacaq.

Müharibənin 23-cü günündə rusların 4-cü Ordusunun 960-cı Hücum Aviasiya Alayının aviasiya hissələri, Qərb Hərbi Dairəsinin 252-ci motoatıcı alayının bölmələri xeyli itki verdi. Cənub hərbi dairəsinin 8-ci ordusunun komandanı (general leytenant, adı hələlik bəlli deyil), 331-ci hava-desant alayının komandiri, 3-cü motoatıcı diviziyanın komandiri öldürüldü.

Operativ səviyyədə yüksək vəzifələrdə olan bu hərbçilərin öldürülməsi rusların kor-təbii tələsdiyinin göstəricisidir. Düşünürlər ki, uğurlar itkiləri kompensasiya edər. Doğrudanmı buna inanırlar? Çox mübahisəlidir. Belarusiyadan yüzlərlə könüllü Ukraynaya yardıma gəldi və “Belarus Milli Legionu” adı altında əməliyatlara qatıldı. Artıq əməliyatlar teatrında belaruslar-belarusları, çeçenler-çeçenleri ovlayacaqlar. Asimmetrik müharibə bu olsun gərək.

Rusiya Kiyev, Xarkov vilayəti ərazilərinə xaotik şəkildə kütləvi raket zərbələri endirməyə davam etdi. Mariupol uğrunda ölüm-qalım savaşı davam etdi. Rus hərbi rəhbərliyinin öncəlikli hədəflərindən birinin Mariupol olduğu görsənir. Bu səbəbdəndir ki, ən çox raket artilleriya atəşləri Mariupola yendirilir. Ukraynanın “Azov” alayının döyüşçüləri bunun fərqində olduğu üçün, şəhəri nəyin bahasına olursa olsun, müdafiə etmək əzmindədirlər. Amma Mariupolu mühasirədən çıxarmaq mümkünsüzü bacarmaq kimi bir şey olacaq. Rusiya Federasiyası Kiyev istiqamətində operativ ehtiyatları da daxil yeni qruplaşma yaratmağa çalışır. Xarkov vilayətinin İzyum şəhərini tutmaq cəhdləri davam etdirildi. Luqansk vilayətində ruslar qismən Rubijne kəndi ərazisində möhkəmlənməyə çalışdı. Qara dənizdən Lvova 6 qanadlı X-555 raketi atdıldı. Buna səbəb Lvovun Ukrayna ordusu üçün əsas lojistika mərkəzi olması ola bilərdi. Bütün hərbi yardımlar ilk öncə Lvova daxil olur və sonradan ölkənin bütün bölgələrinə dağıdılır. Nəzərə alsaq ki, Lvov Polşa ilə 40 km məsafədə sərhəddə yerləşir, bu, Aropa ölkələri üçün “həyəcan siqnalı” kimi qəbul edilməlidir.

Ukrayna ordusu və könüllüləri əməliyatlar teatrında ağıllı texnoloji silahlarla effektiv döyüş aparma üsullarını tam mənimsəmiş görünürlər. Onları döyüşlərdə uğurlu edən, “Bayraktar”ların, “Javelin”lərin, “Stinger”lərin doxsan faizə yaxın isabətli atışlarıdır.

Müharibənin 23-cü günü, Ukrayna prezidenti Vladimir Zelenskinin “Nobel Sülh Mükafatı”na namizədliyinin irəli sürülməsi ilə yadda qaldı. Ukrayna xalqı və ordusu üçün bunun çox böyük motivasiya olacağını düşünürəm. Eyni zamanada 23-cü gün rusların Krımın ilhaq edilməsinin səkkizinci ildönümünü qeyd edilməsi tədbirində Putinin xalqa səslənməsi ilə, Zelenskinin Amerika kongresinin, Almaniya Budestaqının önündə video formatda çıxışı ilə yadda qaldı. Böyük rəsm ondan ibarət oldu ki, Putin müharibə üçün böyük dəstəyi yalnız öz xalqından gözlədiyi halda, Zelenski bunu Qərb dövlətlərindən gözləyir. Putin sanki xalqına demək istədi ki, “Çətin günlər qurtardı, indi lap çətin günlərə hazır olmalıyıq”. Çarə yalnız dözməkdədir.

Rus ordusunun əməliyatların uğursuz nəticəsinə, rus xalqının isə iqtisadi sanksiyaların gətirəcəyi əzablara dözməyə nə qədər hazır olduğunu yaxın günlərdə görəcəyik…”

Səxavət Məmməd

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv