!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 27-ci GÜNÜ: Kiyev üçün 44 günlük Vətən müharibəsi modeli - TƏHLİL

!Reklam – Yazi

İyirmi yeddi gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 475 ədəd, PDM və ZTR-lər – 1 450 ədəd, artilleriya sistemləri – 220 ədəd, hava hücumundan müdafiə sistemləri – 75 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 116 ədəd, avtomobil texnikası – 1 230 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt- 215 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 215 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 890 ədəd, ZTR-lər – 875 ədəd, artilleriya sistemləri – 475 ədəd, hava hücumundan müdafiə sistemləri – 102 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 500 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 515 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 125 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin iyirmi yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişikliklər müşahidə edilməyib:

“Rusiyanın əsas hücum istiqamətlərinin Kiyev, Mariupol, Nikolayev, Volnovaxa, İzyum olduğunu gördük. Döyüşlər, əsasən, Kiyev, İzyum, Çernobayev, Mariupol, Xarkov, Nikolayev və Xerson istiqamətində getdi. Ruslar bütün istiqamətlər üzrə ələ keçirdiyi həddlərdə tələsik müdafiəyə keçmək məcburiyyətində qaldılar. Bəzi istiqamətlərdə hücumu davam etdirməyə cəhd də göstərdilər. Hücum qruplaşmalarını kortəbii halda “İsgəndər”, ”Toçka-u” raket zərbələri ilə dəstəkləməyə də çalışdılar. Bu gün həm də rusların Kiyevə, Xarkova, Mariupola intensiv raket-artilleriya atışları ilə yadda qaldı.

Ukraynalılar tələsik müdafiəyə keçən rus qoşunlarını yerləşdikləri həddlərdə və hərəkət kalonlarında məhv etməyə davam etdilər.

Ukrayna ordusu Kiyev vilayətinin İrpen, Buça, Qostomel, Nikolayev istiqamətində Rusiya birləşmələrinə qarşı lokal əks-hücum əməliyyatına başladı. Nikolayev vilayətində bir kəndi azad etdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın hərbi gəmilərindən Odessa şəhərinə və digər liman şəhərlərinə desant çıxarmasının qarşısını almaq məqsədilə Qara dəniz sahilini və sahil akvatoriyasını tamamilə minalayıblar.

Bu minaların nəzarətdən çıxaraq Qara dənizdə ticarət gəmilərinə təhlükə yarada biləcəyi ehtimalı Qara dəniz hövzəsi ölkələrini narahat etməyə bilməz.

Hazirda Kiyev vilayəti ərazisindəki rus qoşunları tam gözləmə mövqeyində dayanıblar, Rusiyadan gələcək yeni rezerv qüvvələri gözləyirlər. Eyni zamanda, ərzaq, yanacaq, texnika, tibbi ləvazimat, canlı qüvvə çatışmazlığı Kiyev ətrafındakı Rusiya ordusunun əməliyyat planlarını ciddi şəkildə pozur.

Təhlükəsizlik qüvvələri tərəfindən yalnız Kiyev vilayətində yüz əlli rus diversant
zərərsizləşdirilib. Böyük şəhərlərdə Rusiyanın “yaşıl adamcıqları” hələ də tam fəaliyyət göstərməyə davam edirlər. Bütün zamanlarda müharibələrdə ən təhlükəli qüvvə “beşinci kalon” sayılıb. Təəssüf ki, Ukrayna ərazisində Rusiyanın bu legionu da əməliyyatlara öz “töhfə”sini verməyə çalışır.

Əsas döyüşlər yenə də Mariupol şəhəri uğrunda davam etdi. Rusiya ordusu gün ərzində üç istiqamətdən beş dəfə hücum cəhdi etsə də, rus ordusunun bütün həmlələri dəf olundu. Artıq Mariupol ətrafında Rusiya ordusunun quru qoşunlarında ciddi əsgər çatışmazlığı müşahidə olunur. Bu səbəbdən şəhərə müdaxilə üçün həmlə qruplarına Rusiya Qara dəniz donanmasının dəniz piyadalari da cəlb edilib. Mariupol şəhərini piyada qoşunları ilə ələ keçirmək ruslarda artıq inamsızlıq yaratdığından şəhərin mərkəzi, hətta şəhər ətrafı qəsəbələr, rusların təchizat yolları kimi şübhələndikləri bütün ərazilər aramsız olaraq raket-artilleriya, hətta qadağan olunmuş yandırıcı hərbi silah növləri ilə fasiləsiz olaraq bombardman edilir. Ciddi bombardman nəticəsində Mariupol artıq “ruhlar şəhəri”nə çevrildi. İlk baxışda şəhərin müdafiəsi mümkünsüz görünsə də, “Azov” alayı şəhəri təslim etməməkdə israrlıdır.

Ruslar üçün nədən Moriupol olmazsa-olmazlardandır? Şəhər çox mühüm hərbi-strateji önəmə sahibdir. Mariupol ələ keçirilərsə, Rusiya Ukraynanın Azov dənizinə çıxışını tam bağlamış olacaq. qondarma LNR və DNR vilayət sərhədlərini tam bərpa etmiş olacaq, qondarma LNR və DNR-dən işğal etdiyi Krıma quru yol açacaq. Bu isə öz növbəsində Ukrayna üçün qəbuledilməzdir.

Son 24 saatda rusların 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edildi.

Cəbhədəki uğursuzluqlara və döyüş itkilərinə görə Rusiya Federasiyasının 6-cı ordusunun komandanı vəzifəsindən azad edildi. Rusiya Baş Qərargahı çaşqın görsənir. Cəbhənin həm şimal, həm mərkəz, həm də cənub istiqamətindəki əməliyyatların gedişində ciddi bir dəyişiklik edilə bilmir. Bu, vahid komandanlıq və idarəetmə prinsiplərinin sahədə “kollaps”ıdır. Logistikanın və təminatın doğru-düzgün təşkil oluna bilməməsi taktiki səviyyədə döyüşənlərdə çox böyük ruh düşkünlüyü və təslimiyyətçilik meyilləri yaradır. Hətta bir rus tankçısının öz tankını on bir min dollar müqabilində Ukrayna ordusuna sattığı məlumatları yayıldı. Bu öz təsdiqini tapsa, Kreml rəhbərliyi bütün “generalitet”i birinci eşalondakı tankaların üstünə oturtmasa, yaxşıdır.

Bu səhlənkarlıqlara cavabdeh olan və zamanınada Kreml rəhbərliyinə yalan raportlar verən “generalitet” çox ciddi cəzalandırılmalıdır.

21 ci əsr də necə 18-ci əsrin taktikası ilə döyüşmək olar? Dünyanın 2-ci və 22-ci ordusunun müharibəsinin nəticələri belə olmalı idi mi? Ukrayna Baş Qərargahı bizim 44 günlük müharibəmizi çox gözəl incələmiş görünür və bir çox təcrübəmizin tətbiqini də sahədə görürük. Bəs ruslar bunu niyə etmədilər? Çünki oralardan çox kiçik görünürük. Qarabağ müharibəsindən sonra hətta ABŞ belə arsenalına əl gəzdirəcəyini açıqlamışdı. Okeanın o tayındakı ABŞ reallığı və müasir müharibəni görsə də, bir addımlığımızdakı Rusiya bunu görmədi. Hətta bir qədər də irəli gedib dərs çıxarmadı da deyə bilərik. Çünki Azərbaycan Qarabağda həm rus silahına, həm də rus taktikasına qarşı döyüşürdü.

Kreml rəhbərliyi ölkənin “Silahlı Qüvvələr barədə bilərəkdən yalan məlumat yaymağın cəzalandırılması haqqında” Qanun imzalayıb. “Feyk” sayılan məlumatı yayanlar 15 ilədək azadlıqdan məhrum oluna bilər. Ukraynadakı müharibəni Rusiyada “müharibə” adlandırmaq cinayətdir. “Müharibə” sözü əvəzinə “xüsusi əməliyyat” işlədilməlidir. Daxildəki narazılıqların susdurulması üçün tək çarə olaraq bunu görürlər. Əməliyyatlar teatrında biabırçılıqlar nə olursa-olsun, keçərlidir. Lakin ictimaiyyət bu haqda danışmasın. “Görməyin, deməyin, heç kim bilməsin” – yeni informasiya müharibəsi aparma “model”i.

Ukrayna siyasi-hərbi elitasının total və peşəkar informasiya hücumlarının qarşısında bu yanaşmanın nə qədər ağır fəsadlarının olacağını önümüzdəki günlərdə görəcəyik.

Görünən odur ki, nəyin bahasına olursa-olsun hücum davam etdirilməlidir.
Bunlara baxmayaraq, Rusiya ordusu hücumlarının davamında, Ukrayna ordusu isə müdafiədə sona qədər savaşacağına və imkan daxilində əks-həmləyə keçməyə qərarlı görünür. Önümüzdəki günlərdə əməliyyatlar teatrında bu niyyət üzərinə tərəflərdən kimin tükənib, kimin tükənmədiyinin praktiki şahidi olacağıq…”.

Səxavət Məmməd

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv