!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 31-ci GÜNÜ: "Ruslar əsas qüvvələrini bu hədəflərə yönəldəcəklər" - TƏHLİL

!Reklam – Yazi

Otuz bir gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2300 ədəd, artilleriya sistemləri – 235 ədəd, hava hücumundan müdafiə sistemləri – 84 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 125 ədəd, avtomobil texnikası – 1270 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 223 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 312 ədəd, zenit-raket kompleksləri – 219 ədəd. Rusların 117 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2000 ədəd, artilleriya sistemləri – 487 ədəd, hava hücumundan müdafiə sistemləri – 110 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1555 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3525 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 140 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 31-ci gündə də əsas döyüşlər Kiyev, Xarkov, Xerson, Zaporojya, Luqansk, Donetsk yaşayış məntəqələri istiqamətində oldu:

“Bu ərazilərdə ruslar hücum əməliyyatları keçirmək cəhdlərini davam etdirdi, hava hücumları təşkil etdi və Ukrayna Silahlı Qüvvələrinin (SQ) ayrı-ayrı hissələrini məğlubiyyətə uğratmağa çalışdı. Hələki ciddi uğurları yoxdur. Hücum əməliyyatlarının bərpasına hazırlaşmaq üçün bölmələrinin döyüş qabiliyyətinin bərpası, döyüş sursatı və yanacaq-sürtkü materiallarının doldurulması üzrə tədbirləri davam etdirirlər. Zabit vəzifələrinin komplektləşməsində ciddi ixtisaslı kadr çatışmazlığı hiss olunur.

Gün ərzində ruslar Luqanskın Rubejnoe yaşayış məntəqəsinə ehtiyatları cəlb etdilər. Severodonetsk istiqamətində hücumu davam etdirdilər. Kiyev və Mariupolda şiddətli döyüşlər davam etdi. Milli qvardiyanın demək olar ki, bütün bölmələrini Xerson, Geniçesk, Berdyansk və Mariupol şəhərinin ərazilərinə cəlb edir. Kiyev ərazisində diversiya-kəşfiyyat qruplarının fəaliyyətini gücləndirməyə çalışır.

Ukrayna ordusunun Çerniqovdakı artilleriya sursatları anbarı vuruldu. Ruslar Vinnitsaya 6 qanadlı raket atdılar. Ukrayna ordusu Xarkov vilayətinin Trostyanets şəhəri istiqamətində əks-hücum əməliyyatları keçirərək şəhəri geri aldı.

Xerson vilayətində Ukrayna ordusu Ruslara qarşı açıq döyüşə girdi.

Lvovda neft bazasını rusiyalılar “Oniks” raketi ilə vurdular. Ukrayna ordusunun əks-hücumu nəticəsində Donetsk istiqamətində DXR qruplaşmasının 200-dək əsgəri əsir düşdü. Mariupol şəhərinin küçələrində “Azov” alayının döyüşçüləri rus əsgərlərini məhv etməyə davam edir. Çernobayevka istiqamətində rusların bir döyüş təyyarəsi vuruldu. Berdyanski istiqamətində rus həmlə bölüyü pusquya salınaraq əsir götürüldü. Mariupol artıq rusların “kabus”una çevrilib. Bu qədər raket artilleriya zərbələrindən sonra şəhərin hələ də qorunması “Azov” alayının “zombilərdən” ibarət olduğundan xəbər verir.

Bizim 44 günlük müharibədə XTQ-miz nə idisə, Ukraynada da “Azov” odur.

Berdyansk Limanında Rusiyaya məxsus daha bir döyüş gəmisi vuruldu. Ruslar artıq Xerson şəhərində müdafiə olunmaqda çətinlik çəkir. Sumsk vilayəti uğrunda gedən döyüşlərdə rus ordusunun həmlələri Ukrayna ordusu tərəfindən dəf edildi və çoxlu əsir götürüldü. Ruslar Çeniqovu hələ də nəzarətdə saxlamağa çalışırlar.

31-ci gün Kreml rəhbərliyi maraqlı açıqlama verdi. Onlar dedi ki, bizim böyük şəhərləri ələ keçirmək planımız yoxdur. Biz əslində Kreml elitasının aparat daxili çəkişməsinin nəticələrini görürük.

Belə ki, 31 gün öncə dedikləri ilə indi dedikləri arasında ciddi fikir ayrılığının yarandığını görürük. Əslində biz bunu belə oxumalıyıq: reallıqda Rusiya siyasi və hərbi elitası başlanğıcda təyin etdikləri strateji səviyyədəki planlarının sahədə həyata keçirilməsinin real olmadığını anladı. Əməliyyatlar teatrındakı çıxılmaz vəziyyətlə barışmaqdan başqa çarələri qalmadı. Bunun adı strateji səviyyədə məğlubiyyəti qəbullanmaqdır. Hansısa bir “fors major” hal baş verməsə, sahədəki vəziyyətə görə bunun ardından operativ və sonda da taktiki məğlubiyyət gəlməlidi. Vəziyyətə görə ruslar ilkin strateji plana korektə etmək məcburiyyətində qaldı. Belə ki, bütün istiqamətlərdən əsas qüvvələrini cənub istqamətində yerinə yetirilməsi mümkün görünən hədəflərə yönəldəcəklər.

7-8 istiqamət əvəzinə qüvvələrini 1-2 istiqamətə yönəldəcəklər.

Bunu etməsələr, onlar sahədə taktiki səviyyədə olan-qalanını da itirəcəklər. Dolayısı ilə ən yaxşı halda Ruslar növbəti mərhəldə DNR, LNR administrativ sərhədlərinə çıxmağı reallaşdırmağa çalışacaqlar. Bunun nə qədər mümkün olduğunu Ukrayna ordusu müəyyən edəcək. Çünki taktiki səviyyədə vəziyyətə nəzarət artıq Ukrayna orusuna məxsusdur.

Ruslar iki ordu komndanını döyüşlərdə itiriblər. 6-cı ordunun komandanı və 1-ci tank ordusunun komadanını da vəzifədən kənarlaşdırıblar. Müharibə başlanandan indiyədək 7 rus generalı öldürülüb. Dünya müharibələrinin tarixinə diqqət yetirdikdə görmək olar ki bu, qısa zaman üçün hədsiz çox böyük rəqəmdi.

21-ci əsrdə hansı strategiya və taktika ilə əməliyyatlar planlanıb aparılmalıdır ki, bu kimi biabırçılıqlar yaşansın?! Ordu komandanları 20-30 ilə yetişdirilə bilən kateqoriyadır. 31 günə belə asanlıqla xərclənəcək kateqoriya deyil.

Bizim 44 günlük müharibədə bir generalımız belə həlak olmadı. Bu, əslində, əməliyyatların professionallıqla idarə edilməsi deməkdir. Müharibələrdə ən son öləcək döyüşçü-genaral olmalıdır. Görünən odur ki, rusların sahədə kimi necə “xərcləmələri” o qədər də önəm kəsb etmir. Ordu böyük general çox…

Rusların strateji ehtiyat ordusu sayılan uzaq şərqdəki 5-ci ordusunun da əməliyyatlarda istifadəyə hazırlanması da bu konteksdə qiymətləndirilməlidir.

İtkiləri tez bir zamanda kompensasiya edə bilmək, lazımi döyüş tempini saxlamaq və müharibənin son məqsədinə nail olmaq üçün rus qoşunlarının lazımi şəkildə yenidən qruplaşdırılmasına ehtiyac var. Buna nəqədər nail olacaqlarını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv