!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 38-ci GÜNÜ: Üfüqdə anlaşma görünmür - TƏHLİL

!Reklam – Yazi

Otuz səkkiz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 465 ədəd, artilleriya sistemləri – 247 ədəd, hava hücumundan müdafiə sistemləri – 95 ədəd, təyyarələr – 115 ədəd, helikopterlər – 134 ədəd, avtomobil texnikası – 1 380 ədəd, PUA-lar – 30 ədəd, hərbi obyekt – 237 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 326 ədəd, zenit-raket kompleksləri – 233 ədəd. Rusların 130 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 165 ədəd, artilleriya sistemləri – 518 ədəd, hava hücumundan müdafiə sistemləri – 122 ədəd, təyyarələr – 68 ədəd, helikopterlər – 27 ədəd, avtomobil texnikası – 1 650 ədəd, PUA-lar – 126 ədəd, hərbi obyekt – 3 548 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 158 ədəd, zenit-raket kompleksləri – 144 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 38-ci gün əməliyyatlar teatrında döyüşlər, əsasən, Ukrayna ordusunun geri çəkilən rus qoşunlarını təqib etməsi ilə yadda qalıb:

“Belə ki, əsas döyüşlər şimal-şərqdə Kiyev-Çerniqov-Sumi istiqamətində, cənub-şərqdə isə Mariupol-İzyum-Nikolayev istiqamətində davam etdi.

38-ci günü ukraynalılar üçün uğurlu gün saymaq olar. Belə ki, gün ərzində Ukrayna ordusu Kiyev vilayətinin Vışqorod şəhərindəki rusları məğlubiyyətə uğratmaqla şəhər ərazisinə nəzarəti ələ keçirdi. Bundan başqa, Ukrayna ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Xerson vilayətinin Malaya Şesternaya, Novovoronsovka, Orlova , Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorıe, Koçubevka və digər kəndləri, müharibənin ilk günlərində Rusiya ordusu tərəfindən ələ keçirilən Qostomel şəhəri və hava limanı azad edilib. Polessk istiqamətində ukraynalılar tərəfindən Kozaroviçi, Demidov, Jovtneve, Daymer, Litvinovka, Qavrilovka, Qlubovka, Yasnoqorodka, Talakun, Suxoluçye, Mavronişçena, Qavronişçena, Nikolayevka, Xmelnaya yaşayış məntəqələri üzərində nəzarət bərpa olundu. Çerniqovıda bir sıra qəsəbələr də azad edildi.

Həqiqiətən də, Rusiya hərbi rəhərliyinin psixoloji durumunu təxmin etməkdə çətinlik çəkirəm. Xüsusən də müdafiə naziri, baş qərargah rəisi, 4 dairə komandanı və 12 ordu komandanı, 5 donanma komandanı bu vəziyyəti Rusiya Ali Baş Komandanına necə izah edəcəklər?

Rusiya bu qədər general-polkovniki, kontr-admiralı bu nəticə üçünmü yetişdirmişdi? Saysız-hesabsız şəxsi heyət, zirehli texnika, döyüş təyyarələri, döyüş helikopterləri, 10 nəfərə yaxın generalı itirmələri, həqiqətən də, ön görülən planın bir hissəsi idimi?

Nəticə nə olursa-olsun dünyanın ikinci güclü ordusu belə olmamalı idi. Demək ki, hələ kəmiyyət hər şeyi ifadə etmir. Əməliyyatlar teatrında Ukrayna Silahlı Qüvvələrinin keyfiyyət üstünlüyü Rusiya Silahlı Qüvvələrinin kəmiyyət üstünlüyünü hər addımda məhv etməkdə və əsir götürməkdədir. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, həqiqətən də, belə ordu hazıladığı üçün hər cürə rəğbətə layiqdir. Zabit şərəfini sahəyə yansıtmağın bundan böyük nümunəsi ola bilməzdi. 44 günlük müharibəmizdə bizim bəzi generallarımız və zabitlərimiz “hərbçi şərəfi”nin necə olmalı olduğunu qanı, canı bahasına öz sərkərdəlik məharəti ilə sahədə necə sərgilədilərsə, bunun eynisini də biz Ukarayna ordusunun komandanlığında görürük. Bizim müharibəni iliyinə qədər incələyən Ukrayna beyin mərkəzləri sərkərdəlik məharətini zirvəyə daşıdılar. 44 günlük müharibə bitəndən dərhal sonra ukraynalı mütəxəssislərin təhlillərini, analizlərini görəndə bizə aydın olur ki, onlar bizim müharibəni niyə detalları ilə incələyiblər. Bundan sonrakı mərhələdə Rusiya Ukraynaya qarşı nüvə silahı istifadə etmiş olsa da belə, Ukrayna beyin mərkəzləri artıq qalibdirlər.

Önümüzdəki günlərdə müharibənin Ukrayna Prezidentinin dedikləri fonunda davam edəcəyini düşünürəm. Bu gün o dedi ki, danışıqlarda Ukraynanın ərazi bütövlüyü əsas şərtdir. Hər hansı ərazi güzəştini Ukrayna xalqı qəbul etmir. Demək ki, danışıqların heç bir nəticəsi olmayacaq. Ona görə ki rusların bu yöndə istəkləri tam başqadır. Rusiya da hazırkı şərtlərdə müharibəni dayandırmaqda maraqlı göünmür. Bunu etsə, Kreml rəhbərliyi üçün təhlükə yarana bilər. Görünən odur ki, həm Kreml rəhbərliyi, həm də Ukrayna rəhbərliyi müharibənin davam etməsində qərarlıdır. Siyasi istəklər üst-üstə düşmürsə və tərəflərin heç biri kompromisə getmirsə, sahədə silahların “danışmağa” davam etməsini gözləməliyik. Həm də nəzərə almalıyıq ki, Ukraynanın arxasında duran “Dünya gücləri” “Rusiya təhlükəsini” birdəfəlik Ukrayna bataqlığında gömməyə qərarlıdır. Rusların buna qarşı qoymağa hərbi və iqtisadi gücünün nə qədər yetərli olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv