!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 54-cü GÜNÜ: Mariupolu axıra qədər müdafiə etmək imkansız görünür - TƏHLİL

!Reklam – Yazi

54 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 730 ədəd, avtomobil texnikası – 1 460 ədəd, səhra artilleriyası və minaatanları – 375 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 126 ədəd, zenit-raket kompleksləri – 260 ədəd, təyyarələr – 160 ədəd, helikopterlər – 149 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 215 ədəd, avtomobil texnikası – 172 ədəd, səhra artilleriyası və minaatanlar – 907 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 140 ədəd, zenit-raket kompleksləri – 179 ədəd, təyyarələr – 84 ədəd, helikopterlər – 49 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, gün ərzində əməliyyatlar teatrında tərəflərin taktiki vəziyyətində qismən dəyişiklik müşahidə olunub:

“54-cü gün əsas döyüşlər Nikolayev, Mariupol, Zaporojets, Xarkov, Xerson, Donbas, Donetsk, Luqansk ərazilərində gedib.

Biz artıq əminliklə deyə bilərik ki, keçən gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci mərhələsi rəsmən başladı. Ehtimal olunur ki, bu mərhələdə Rusiya operativ qruplaşması əsas dörd istiqamətdə hücumlar həyata keçirəcək:

Birinci istiqamət: Rubejnoe-Popasnoe istiqaməti;

İkinci: İzyum-Kramatorski-Ovdeyevka istiqaməti;

Üçüncü: Severodonetsk-Kremenoye istiqaməti;

Dördüncüsü: Mariupol-Nikolayev istiqamətidir.

Bu qruplaşmada rusların təxminən 25 minə yaxın hərbçisinin olduğu qiymətləndirilir.

Gün ərzində Rusiya Aerokosmik Qüvvələri Lvov vilayətində Ukrayna qoşunlarının logistika qüvvələrinin 124-cü Birgə Logistika Dəstəyi Mərkəzinə raket zərbələri endirməklə Qərb ölkələrindən göndərilən böyük silah-sursat partiyasını məhv etdi. Bu mərkəz, əsasən, Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə gələn hərbi yardımları qəbul edən və paylaşdıran mərkəzdir. Ruslar bu mərkəzi ciddi təhlükə mənbəyi kimi qəbul edirlər. Bu raket zərbələrinin məqsədi daxil olan hərbi texnikanı və silah-sursat ehtiyatlarını bazanı tərk etmədən məhv etməkdir.

Gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynada 84 hərbi obyektə zərbələr endirdi. Rusların raket qoşunları və artilleriyası Ukraynanın 331 hərbi obyektinə aviasiya, raket və artilleriya zərbələri endirdi. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Dnepropetrovskdakı “Toçka-U” raket başlıqlarının təmiri zavodununa raket zərbələri endirdi. Rusiya qoşunlarının birinci eşalonda hücum edən bölmələri Nikoloyev şəhərinə yaxınlaşırlar. Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Kremenoye şəhərinə daxil oldu. Hazırda şəhərdə küçə döyüşləri davam edir.

Gün ərzində Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində və İzyum şəhəri yaxınlığında bir neçə yaşayış məntəqəsini azad etdi, Bazaliyevka, Lebyajye və Kutuzovkanın bir hissəsi nəzarətə götürüldü. Xerson istiqamətində irəliləməyə cəhd göstərildi. Luqansk ərazisində Ukrayna qoşunları Rusiya qoşunlarının bölmələrinə əks-zərbə endirməyə davam edir. Donetsk ərazisində Rusiya ordusunun 54-cü tank alaynın bölmələrinin bir hissəsi məhv edildi. Çernobayevka şəhərində rus alayının qərargahı məhv edildi. Ukrayna Silahlı Qüvvələri Svyatoqorsk və Kremenoye yaşayış məntəqələri istiqamətində əks-hücumlar həyata keçirir. Əks-hücum əməliyyatları nəticəsində rus bölmələri Kremenoye-Rubejnoe rayonlarında bir neçə kilometr geri çəkilməyə məcbur oldu.

Ukrayna ordusu şimal-şərq istiqamətində Oskol çayına doğru irəliləyərək rusların İzyum qruplaşmasının sol cinahına ciddi təhlükə yaratdı. Kupyansk-İzyum yolunda Rusiya hərbi maşınlarının karvanın hərəkəti müşahidə olundu.

Gün ərzində ən şiddətli döyüşlər Mariupol uğrunda getdi. Düşünürəm ki, əməliyyatlar teatrında müharibənin ikinci fazasının gedişatını, ruslar tərəfindən “xəyalət” şəhərə çevrilmiş Mariupol şəhəri uğrunda gedən döyüşlər həll edəcək. Urayna döyüşçüləri şəhərin müdafiəsini təşkil edə bilsələr, rusların cənub-şərq istiqamətində əsas operativ planları pozulmuş olacaq. Bu səbəbdən burada hər iki tərəfin əsl-ölüm qalım savaşı gedir.

Bu gün Mariupolda dəniz piyadaları briqadasının komandiri həlak oldu. Adətən, döyüşlərdə komandirlərin həlak olması əməliyyatlara ciddi təsir göstərə bilir. Mariupolu bu və ya digər səbələrdən dolayı axıra qədər müdafiə etmək imkansız görünür. “Azovstal” zavodunun ərazisi müdafiə üçün dayanıqlı olsa belə, döyüşlərdə bölmələrin sursat və qida ehtiyatları bir zamandan sonra bitə bilir. “Azov” döyüşçülərinin də əsas problemi budur. Çünki burada döyüşən bölmələrə sursat, qida və digər ehtiyatlar ilə kömək etmək praktiki olaraq mümkün deyil. Ukrayna siyasi və hərbi rəhbərliyi Rusiya siyasi hərbi rəhbərliyindən Mariupol müdafiəçilərinin oradan sağ-salamat təxliyyəsi üçün humanitar koridor yaratmalarını istəyir. Bunun üçün onlar əllərində olan əsirlərin mübadiləsini təklif edirlər. Xüsusən də Kreml rəhbərliyinə yaxın olan Medvedçukun bu fonda Rusiyaya verilməsi baş tuta bilər. Rusların bu təklifə necə cavab verəcəyini görəcəyik.

Son zamanlar Rusiya informasiya müharibəsində ritorikasını dəyişmiş görsənir. Belə ki, artıq Rusiya kütləvi informasiya vasitələri açıq-aşkar Rusiyanın NATO ilə vuruşduğuna vurğu edir. Əslində, bu onların məğlubiyyət sindromuna girdiklərinin informasiya məkanına yansımasıdır. Uğursuzluqların səbəbini NATO ilə vuruşmaqda görmək ən məqbul variantdır. Bunu əhaliyə “yedizdirmək” də asan olacaq. Yəni demək istədikləri odur ki, qarşımızdakı yalnız Ukrayna olsaydı, biz bu işi bitirmişdik, NATO bizə mane olur. Rusların istənilən vəziyyətdən çıxmaq üçün səbəb tapma texnologiyaları hər bir rus vətandaşını məmnun edir. Onlar önümüzdəki günlərdə bu dalğanın üzərində ictimaiyyəti mümkün sonuca hazırlamağa çalışacaqlar. Solovyov və Skabayeva bunun üzərinə mümkün bütün tezisləri almış görünürlər. Artıq onlar belə Üçüncü Dünya Müharibəsindən danışırlar. Belə “media nağılbazları” olan dövlət əməliyyatlar teatrında uduzsa belə, öz informasiya platformaları onları hər zaman qalib kimi göstəməyə davam edəcək. Əgər 1945-ci ildə Hitlerin əlində Solovyov və Skabayeva kimi “zurnalist”lər olsaydı, alman xalqı hələ də müharibəni uduzduqlarından xəbərsiz olacaqdı. Əslində, rus xalqınının eşitmək istədiyi də elə budur.

Ukrayna tərəfi ilk gündən necə var idisə, elə də davam edir. İnformasiya müharibəsi ilə sahədə ruslara qarşı döyüşürlər və hər iki cəbhədə də uğurlu olduqlarını görürük. Ukrayna tərəfi təkcə daxili auditoriyaya yox, həm də hücuma hesablanmış informasiya savaşı aparır. Rusiya isə informasiya savaşını daxili auditoriyaya hesablayır. Təkcə sahədə yox, həm də informasiya məkanında Rusiya Ukraynaya uduzur”.

Səxavət Məmməd

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv