!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 58-ci GÜNÜ: Alepponun taleyini yaşayan Mariupol - TƏHLİL

!Reklam – Yazi

58 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 745 ədəd, avtomobil texnikası – 1 472 ədəd, səhra artilleriyası və minaatanları – 387 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 132 ədəd, zenit-raket kompleksləri – 269 ədəd, təyyarələr – 169 ədəd, helikopterlər – 158 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 226 ədəd, avtomobil texnikası – 180 ədəd, səhra artilleriyası və minaatanlar – 915 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 148 ədəd, zenit-raket kompleksləri – 187 ədəd, təyyarələr – 88 ədəd, helikopterlər – 55 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 58-ci gündə tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Əsas döyüşlər taktiki səviyyədə Mariupol, Donetsk, Luqansk, Donbas, Xarkov, Zaporojets ərazilərində getdi.

Rus qoşunaları gün ərzində Zaporojets və İzyum istiqamətində iki kilometrə qədər irəlilədilər. Eyni zamanda, Xarkov istiqamətində Lozovoe yaşayış məntəqəsini nəzarətə götürdülər. Bu istiqamətlərdə taktiki üstünlük ruslardadır. Ukrayna ordusu Xersonda rusların ordu önidarəetmə məntəqəsini məhv etdi. Komanda məntəqəsindən bu istiqamətdəki əsas qüvvələr idarə olunurdu. Burada əlliyə yaxın yüksək rütbəli zabitin olduğu ehtimal olunur və onların sonrakı taleyi məlum deyil.

Cəbhənin Donetsk istiqamətində də rusların hərbi kolonları atəş altına düşdü. Ukrayna qoşunları Donetsk və Luqansk vilayətləri ərazisində rusların 10 hücumunun qarşısını aldı. Gün ərzində rusların 3 təyyarəsi və 3 helikopteri, 9 PUA-sı, 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi, 6 qanadlı raketi məhv edildi.

Gün ərzində ruslar yüksək dəqiqlikli raketlərlə Ukraynanın 13 hərbi obyektini, 27 ədəd zirehli texnikasını, üç raket və artilleriya silah anbarını, bir Mi-8 helikopterini, bir Buk-M1 hava hücumundan müdafiə sistemini, 3 PUA-sını məhv etdi.

Ruslar Ukrayna ordusunun Xarkov vilayətində bir neçə yüz hektarlıq ərazidə yerləşən hərbi silah-sursat arsenalını ələ keçirdi. Arsenalda minlərlə ton sursatın, o cümlədən qərb istehsalı olan mərmilərin olduğu ortaya çıxdı. Ukrayna qoşunlarının bu sursat anbarını partladılmadan tərk etməsinin səbəb anbardakı sursatların istifadə müddətinin bitməsi ola bilər. Hər bir halda, bu, ruslar üçün ciddi bir uğur sayıla bilər.

Mariupolda “Azovstal” ərazisində şiddətli döyüşlər getdi. Ruslar Mariupol döyüşçülərinə videomüraciət ünvanladılar. Kadırov polku bunu çox alçaldıcı formada etdi. Onlar “Azovstal” ərazisində səs gücləndiricilərdən istifadə etməklə mühasirədə qalan “Azov” döyüşçülərinə təhqiramiz şərtlərlə müraciət edərək onları təslim olmağa çağırdı. Kreml rəhbərliyinin mərhəmətinə sığınacaqları təqdirdə ərzaq yardımı və bananla təmin ediləcəklərinə dair müraciət ediblər. “Azov”çular rusların onlara təslim olmaları haqqında ultimatumuna atəşlə cavab verdilər.

Şiddətli döyüşlərdə rusların 1 tankı, 1 PDM-i, 1 ədəd zirehli avtomobil texnikası məhv edildi. Əraziyə daxil olan Kadırov alayının döyüşçüləri “Azov” alayının snayperlərinin güllə atəşlərindən çəkinərək geriyə çəkilməli oldular. Sahil istiqamətindən də “Azovstal”a yaxınlaşmaq istəyən rus tank bölmələri “Javelin” tank əleyhinə raketlərlə geriyə çəkilməyə məcbur edildilər. Bunun qarşılığında ruslar yenidən ərazini artilleriya və aviasiyadan atılan raketlərlə bombardman etməyə davam etdilər. Mariupol artıq Alepponun taleyini yaşayır. Belə ki, Rusiya Mariupolda Suriyada belə istifadə olunmayan ağır termobarik bombalardan istifadə edir. Bambalanmanın nəticəsində şəhərdə humanitar böhran pik həddə çatıb. Bütün bunlar rusların tələsməsinin nəticəsidir. Onlar 9 maya nəzarətə götürülmüş əsaslı hədəflərlə getməlidirlər.

Görünən odur ki, müharibə “sürünən” fazaya keçdiyindən günlük əməliyyatlar bir-birindən ciddi şəkildə fərqlənmir. Mövqe döyüşləri gah bir tərəfin, gah da digər bir tərəfin taktiki uğuru ilə yekunlaşır. Müharibənin bu templə davam etməsi yaxın zamanda tərəflərin hər hansısa birinin ciddi uğur qazanacağına zəmin yaratmır. Uzanan zamanın Rusiyanın əleyhinə, Ukraynanın lehinə işləyəcəyini düşünürəm. Bir də beynəlxalq aktyorların Ukraynaya dəstəyini hesab qatsaq, Ukrayan SQ-lərinin gücünü artıracağını, Rusiya SQ-lərinin isə itkilərindən dolayı zəifləyəcəyini gözləməliyik.

Hər keçən gün güc balansının bərabərləşməsi yaxın vədədə Ukraynanın yeni-yeni əraziləri azad etməsinə gətirib çıxara bilər.

Rusiyanın isə cənub-şərqdə hədəfləri dəyişməz qalacaq. Ruslar Mariupol və Berdyanskı tam nəzarətə götürsələr, Ukrayna Azov dənizinə çıxış ilə birdəfəlik vidalaşmalı olacaq. Rus qoşunları 9 maya qədər Xarkovdan Odessaya qədər Azov və Qara dəniz sahillərindən 70-100 kilometr enində bir zolağı nəzarətə götürməklə operativ vəziyyətə tam nəzarət etməyə çalışacaq. Bura Mariupol, Xerson, Donetsk, Luqansk, Donbas, Xarkov əraziləri daxildir. Eyni zamanda, Rusiya ilə Krım arasında quru yolunun təmin edilməsi bu planın tərkib hissəsi olacaq. Onların buna nə qədər nail ola biləcəklərini önümüzdəki günlərdə görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv