!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 62-ci GÜNÜ: Müharibənin üçüncü ölkənin ərazisinə sıçraması ehtimalı artır - TƏHLİL

!Reklam – Yazi

62 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 770 ədəd, avtomobil texnikası – 1 570 ədəd, səhra artilleriyası və minaatanları – 415 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 150 ədəd, zenit-raket kompleksləri – 285 ədəd, təyyarələr – 178 ədəd, helikopterlər – 167 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 270 ədəd, avtomobil texnikası – 215 ədəd, səhra artilleriyası və minaatanlar – 1020 ədəd, YARS – 162 ədəd, zenit-raket kompleksləri – 215 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 67 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 62-ci gündə tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməsə də, Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücumunu davam etdirib:

“Əməliyyatlar teatrında əsas döyüşlər taktiki səviyyədə Popasnoe, Donetsk, Luqansk, Donbas, Xarkov, Zaporojets ərazilərində davam etdi.

Mariupolun mühasirəsində dəyişiklik baş vermədi. Xerson istiqamətində ağır döyüşlər gedir.

Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində Şirokoye, Lyubino və Novopetrovka kəndlərini nəzarətə götürdü. Müharibə başlayandan bu günədək Ukrayana Silahlı Qüvvələri tərəfindən 931 yaşayış məntəqəsi azad edilib.

Ruslar bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirməyə cəhd edir. Döyüşlərin gedişatı onu gösrərir ki, Rusların növbəti operativ hədəfləri Kramatorsk və Slavyansk şəhərləridir. Ruslar Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Xerson ətrafında hücumları davam etdirərək Krivoy Roq şəhərini nəzarətə götürməyə çalışır.

Düşünürəm ki, önümüzdəki günlərdə intensiv döyüşlər, əsasən, bu istiqamətdə gedəcək. Onlar Popasnoe istiqamətində də ciddi hücumlar edirlər. Şəhərin ərazisinin böyük hissəsini nəzarətə götürdülər.

Mariupol əməliyyatlarına görə Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Milli Qvardiyasının Şimali Qafqaz Dairəsi Komandanının birinci müavini general-leytenant Adam Delimxanova Rusiya Federasiyasının Qəhrəmanı adı verildi. Görünür, Kreml rəhbərliyi bu istiqamətdəki hərbi fəaliyyətlərin nəticəsindən çox razıdır.

Gün ərzində yüksək dəqiqlikli raketlərlə Ukrayna Sialhlı Qüvvələrinin 32 hərbi obyekti, o cümlədən 20 ədəd canlı qüvvənin cəmləşmə rayonu, 4 raket anbarı və 1 komanda müşahidə məntəqəsi məhv edildi.

Bu gün Ruslar bir neçə istiqamətdə Ukrayna dəmiryollarına raket və artilleriya zərbələri endirdi. Onlar düşünürlər ki, Qərbin və Şimali Atlantika Alyansının Ukraynaya verdiyi hərbi dəstəyin logistik marşrutlarından məhrum edilməsi vəziyyətdən ən yaxşı çıxış yoludur. Düşünürlər ki, Ukrayna dəmiryolları sıradan çıxarılsa, hərbi təminat, qismən də olsa, mümkün olmayacaq.

Bu gün NATO-nun Almaniyadakı Ramstein Hava Bazasında 43 ölkənin müdafiə orqanlarının rəhbərlərinin toplantısı keçirildi. Pentaqon rəhbəri Lloyd Ostin Ukraynanın özünü daha effektiv müdafiə etməsi üçün əllərindən gələni etməli olduqlarını vurğuladı.

O, açıq-aşkar vurğuladı ki, Ukraynadakı müharibə Rusiyanı zəiflətməlidir. Əslində, əməliyyatlar teatrında baş verən də elə budur. Dolayısı ilə sahədə NATO-nun planladığı müharibə ssenarisini görürük. Əslində, artıq idarəetmə mexanizmləri də qismən onların əlindədir. Onlar Rusiyanın hərbi gücünün bir daha qonşularına hücum edə bilməyəcək duruma gəlməsi üçün Ukraynaya nə qədər resurs lazımdırsa, o qədər də təmin edəcəklər. Bu müharibə onlar üçün vazkeçilməz bir fürsətdir. Onlar 2014-cü ildə buraxdıqları səhvi bir daha təkrar etmək istəməzlər. Düşünürəm ki, bu fazada onlar bu fürsəti maksimum dəyərləndirəcəklər. Bu toplantıda NATO Ukrayna-Rusiya müharibəsinə konkret münasibət bildirmiş oldu. Onlar bununla Rusiyaya Ukraynanın arxasında olduqlarının açıq mesajını verdilər. Şimali Atlantika Alyansına daxil olan ölkələrin müdafiə və sənaye bazaları əməliyyatlar teatrında Ukraynanın təminat və təchizatını daha da intensiv həyata keçirəcəklərini qərarlaşdırdılar. Düşünürəm ki, Rusiyanın buna qarşı atacağı addımlar çox məhduddur. Bu səbəbdən onlar NATO-nu addımlarından çəkindirmək üçün taktiki nüvə silahının istifadə edilə biləcəyinə vurğulayırlar. Artıq Rusiya xarici işlər nazirinin dilindən bunun səslənməsi o deməkdir ki, Kreml rəhbərliyi tək çarəni bunda görür.

Maraqlıdır ki, Türkiyə Rusiyanın zəiflədilməsinə qarşı çıxıb və XİN rəhbəri səviyyəsində buna etirazını bildirib. Bundan əlavə, Finlandiya və İsveçin NATO-ya üzv edilməsi ilə Türkiyə ilə yanaşı, Xorvatiya da etirazını dilə gətirib.

Bu gündən ABŞ Ukraynaya 500 kilometrədək hədəfi vuran M142 odsaçan reaktiv yaylım atəş sistemlərinin təminatına başladı. Bu gün Polşa ərazisindən ABŞ və Avropa ölkələri istehsalı olan tankların, ağır artilleriya qurğularının karvanı Ukrayna ərazisinə daxil oldu. Hər keçən gün Ukraynanın silah və hərbi texnika arsenalının artması hərbi gücünün artması anlamına gəlir. Polşanın Baş naziri ölkəsinin T-72 tanklarını Ukraynaya təhvil verdiyini bildirdi.

Rusiya qazın pulunun rublla ödəmə ultimatumunu artıq reallığa çevirib: Bolqarıstan və Polşaya qaz təminatını dayandırıb. Rusiyanın Polşaya qaz verməkdən imtina etməsi başa düşüləndir. Çünki Ukraynaya Qərbdən gələn silah-sursat məhz Polşa üzərindən çatdırılır. Bundan əlavə, Polşa özü də Ukraynaya birbaşa yardım edir.

Bu gün Kreml rəhbərliyi BMT-nin Baş katibi ilə görüşdü. Bu da əməliyatlar teatrında humanitar böhranın pik həddə çatdığından xəbər verir. Xüsusən də Mariupoldakı humanitar vəziyyət BMT-nin müdaxiləsini diqtə edir.

Bu gün Rusiya Dövlət Dumasında deputatlar Moldovaya müdaxilə olunmasına da ehtiyac yarandığını vurğuladılar. Bu, yeni geosiyasi reallıqlardan xəbər verir və biz bunu nəzərdən qaçırmamalıyıq. Bu o deməkdir ki, müharibənin üçüncü ölkənin ərazisinə sıçraması ehtimalı artır.

Siyasətdə və əməliyyatlar teatrında baş verənlər Rusiya üçün çox ciddi siqnaldır. Rusiya qısa vədədə Ukrayna ilə müharibədə taktiki səviyyədə və hava məkanında uğurlu görünmüş olsa da, uzun vədədə siyasi-hərbi alyansın birləşmiş gücünə qarşı əməliyyatlar teatrında nə qədər uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv